“Varlı insanları aldadaraq çoxlu pul sahibi olur, sonra...” - Onun film seçimi
Filmlərlə bağlı hər kəsin öz maraq dairəsi var. Kimi dram sevir, kimi
fantastika, kimi də komediya və s. Amma janrından asılı olmayaraq, çoxumuz
başqalarının məsləhət gördüyü filmlərə nəzər salırıq.Məsləhət görülürsə,
deməli, baxmağa dəyər.
Bu dəfə ABAD-ın Layihələrin idarə edilməsi departamentinin direktor
müavini Camid Mövsümovun məsləhət gördüyü filmləri sizə təqdim edirik.
Onun ilk seçimi 2002-ci ildə ekranlaşdırılan "Pianoçu” filmi oldu:
"Ən sevdiyim filmlərdən biridir. Roman Polanskininrejissoru olduğu bu ekran əsəri
polşalı pianoçu Vladislav Şpilmanın ikinci dünya müharibəsi vaxtı Polşada 7 il ərzində yaşadığı hadisələrdən
bəhs edir. Müharibədə yaxınlarını itirmiş, evi dağılmış pianoçunun həyatı filmdə
əks olunub. Şpilman müharibənin sonuna qədər uçuq bir evdə gizlənir. Filmdə bir
deyim var: müharibə insanın əlindən hər şeyi alır, lakin Şpilman musiqisini qəlbində
yaşadır. Sonda ağ-qara pianosu və barmaqları onu xilas edir”.
"1929-cu il” sənədli filmi də C.Mövsümovun məsləhət gördüyü ekran əsərləri
siyahısındadır: "Film 1929-cu ildəki böyük iqtisadi böhrandan bəhs edir.
İqtisadi böhranlar haqqında çəkilmiş ən real, ən gözəl filmdir”.
Onun üçüncü seçimi "Pul ovçusu” filmidir: "Film 24 yaşında bir gəncin
həyatından bəhs edir. Varlı insanları aldadaraq çoxlu pul sahibi olur, sonra o
pulları özü üçün xərcləyir. Sürətlə qazandığı kimi, elə qısa müddətdə də xərcləyir.
Nəticədə qeyri-sağlam bir həyata düşür, narkotik və s. pis vərdişlərə aludə
olur. Bir gəncin, qeyri-düzgün yollarla çoxlu pul qazanıb sağlam həyatını necə
məhv etməsi filmdə əks olunub. Filmdə baş rolu Leonarda Di Kaprio canlandırıb.
Maraqlı, mənalı tərəfləri çox olan filmlərdəndir”.