Van Persinin “Qızıl top”a namizədləri
Hollandiya
yığmasının sabiq futbolçusu Van Persi bu il "Qızıl top”u kimin alacğı ilə bağlı
proqnoz verib.
Kaspi.az
xəbər verir ki, Van Persi əsas 3 namizədin adını çəkib. Amma bu namizədlər
arasında nə Lionel Messi, nə də Kriştiano Ronaldo var.
Hollandın
proqnozuna görə, "Qızıl top”a əsas namizədlər bu futbolçulardır: Robert
Levandovski, Kevin de Bryune, Sadio Mane.
Məsələ
burasındadır ki, bukmeker kontorları da Levandovskini "Qızıl top”a əsas namizəd
hesab edirlər. Onun qələbəsinə 3.50 əmsal verilir. Messiyə 4.00, Ronaldoya isə
5.50 əmsal təklif edilir.
Kevin de
Bryune ilə Kilian Mbappenin qələbəsi üçün təklif olunan əmsal 6.50-yə bərabərdir.
Qeyd edək
ki, dünyanın ən yaxşı futbolçusu iki versiya əsasında seçilir. "France Football”
nəşrinin sorğusunda qalib olan "Qızıl top”a laqyiq görülür. FİFA-nın sorğusunun
qalibi isə "The Best” mükafatını qazanır.
"France
Football” nəşrinin 1956-cı ildən bəri
keçirilən sorğusunda jurnalistlər, FİFA-nın isə 1991-ci ildən keçirilən
sorğusunda yığma komandaların məşqçiləri
və kapitanlar iştirak edirlər.