AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Vaksinlərin qiyməti artır

Vaksinlərin qiyməti artır

Təfsilat
03 Avqust 2021, 17:40 123
Avropa Komissiyası COVID-19 əleyhinə vaksinin qiymətinin ehtimal olunan artımı barədə rəsmi şəkildə elan edib.
 
AZƏRTAC xəbər verir ki, bu, ilk növbədə, "Biontech/Pfizer” və "Moderna” şirkətlərinin preparatına aiddir. Brüsseldə təsdiqləyiblər ki, tədarük üçün yeni sazişlər barədə Avropa Komissiyası ilə istehsalçılar arasında aparılan danışıqlarda qiymət artımı açıqlanıb. Bu tələb onunla bağlıdır ki, vaksinlərin koronavirusun yüksək yoluxuculuq qabiliyyətinə malik "delta” variantına uyğunlaşdırılmasına ehtiyac var. Virusların yeni mutasiyasına qarşı vaksinlərin adaptasiyası onların dəyərini təkcə Avropa İttifaqı üçün deyil, həm də bütün istehlakçılar üçün bahalaşdırır.
 
Xəbər verilir ki, "Biontech/Pfizer” dozasının qiyməti 15,5 avrodan 19,5 avroya, "Moderna” vaksininin isə 19 avrodan 21,5 avroya qalxacaq.