• cümə axşamı, 28 mart, 17:29
  • Baku Bakı 16°C

Vaksin vurdursan belə, COVİD-19 virusunu daşıya bilərsən - Adil Allahverdiyev

29.03.21 17:00 769
Vaksin vurdursan belə, COVİD-19 virusunu daşıya bilərsən - Adil Allahverdiyev
Vaksin vurdursan belə, COVİD-19 virusunu daşıya bilərsən, belə şəxslər özləri üçün təhlükə yaratmasalar belə, ətrafdakılar üçün təhlükə yarada bilərlər.
Bunu Trend-ə Vəli Axundov adına Elmi Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktoru, professor Adil Allahverdiyev deyib.
Onun sözlərinə görə, vaksin vurdurub-vurdurmamasından, xəstəlik keçirib-keçirməməsindən asılı olmayaraq, tibbi maskadan istifadə edilməldiir və o, bizim gündəlik həyatımızda norma olmalıdır.
Professor hesab edir ki, hər kəs maskanı davamlı olaraq istifadə edərsə, sərt karantin qaydalarının tətbiqinə də ehtiyac qalmaz:
"Bu gün tələb olunan budur ki, qaydalara əməl edilsin, maskadan istifadə edilsin, əllər mütəmadi yuyulsun. Bunlar bizim üçün adi gündəlik qayda olmalıdır. Bundan əsla vaz keçməməliyik. Maska da qısa müddətdə istifadə edilməli, daha sonra atılmalıdır. Əgər bir maska uzun müddət istifadə olunarsa, həm özünüz tərəfindən olan bəzi infeksiyalar, həm də ictimai nəqliyyatda və digər yerlərdə hava-damcı yolu ilə yayılan infeksiyalar maskanın üzərinə çökə bilər və siz də onu qəbul edə bilərsiniz. Bu halda sizin infeksiyalara yoluxma imkanınız ola bilər. Ona görə də maskanın qısa müddətdə istifadə edilməsi zəruridir".
banner

Oxşar Xəbərlər