AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Vaksin qorxusu ilə necə mübarizə aparmalıyıq?

Vaksin qorxusu ilə necə mübarizə aparmalıyıq?

Təfsilat
16 Sentyabr 2021, 11:41 90
COVID-19-a qarşı vaksin qorxusu ilə necə mübarizə aparmalıyıq?
Səhiyyə Nazirliyi Psixi Sağlamlıq Mərkəzinin psixoloqu Aygün Sultanova Trend-ə bildirib ki, vaksin qorxusu ilə mübarizə aparmaq üçün əvvəlcə bu qorxunun səbəblərini araşdırmaq lazımdır.
Məsələn, bəzi insanlar düşünürlər ki, vaksin sonsuzluq, miokardit, insult və s. xəstəlikləri yaradır. Lakin həmin problemi olan insanlarda qeyd edilən xəstəliklərin vaksinasiyadan öncə də mövcud olub-olmaması araşdırılmır:
"İnsanlar arasında yayılan digər yanlış fikir "Sui-qəsd nəzəriyyəsi”-dir. Bəzi insanlar vaksinasiya vasitəsilə çipləşdiriləcəklərindən və beləliklə idarə olunacaqlarından qorxurlar. Halbuki bu nəzəriyyə ümumiyyətlə ağlasılmazdır. İnsan beynində onun təfəkkürünü, davranışını və s. idarə edən 100 milyondan çox hüceyrə və 1 trilyondan çox sinaps mövcuddur və belə mürəkkəb quruluşda proqram yazmaq ümumumiyyətlə mümkün deyil.
Bəzi insanlar düşünürlər ki, "vaksin işləmir”. Onlar belə mülahizə irəli sürürlər ki, peyvəndləmə COVID-19-a yoluxma riskini azaltmır. Lakin bilmək lazımdır ki, vaksinlər xəstəliyə yoluxmamaq üçün qaranti deyil, ancaq vaksin olunmuş şəxslər arasında xəstəliyi ağır keçirmə və ölüm riski aşağıdır. Eyni zamanda, vaksinə qarşı insanların fərdi həssaslığı müxtəlifdir və ümumiyyətlə bəzi vaksinlər qısa, bəziləri isə uzunmüddətli təsirə malikdirlər.
Bəzi vətəndaşlar deyir: "Mən təzəlikcə COVID-19-dan sağalmışam. Niyə vaksin olunum?”
Əslində belə fikirləşən insanların düşüncəsi həqiqəti əks etdirir və onlardan xəstəliyi keçiridikləri 6 ay ərzində COVID-19 pasportu deyil, immun status tələb olunur. Bəzi insanlar eşitdikləri çox ziddiyyətli məlumatlara görə vaksin olunmaq istəmirlər. Çünki bəzən bir qisim həkimlər və ya digər ictimai statuslu şəxslər vaksinasiya ilə bağlı bir-birindən fərqli məlumatlar verirlər. Bu məlumatların hətta bir qismi qorxuducu xarakter daşıyır. Lakin bilmək lazımdır ki, onların bəhs etdikləri öz fərdi mülahizələridir və heç bir elmi əsaslı sübutu yoxdur. Düşünürəm ki, həmişə rəsmi mənbələrə inanmaq daha doğrudur. Belə ki, bu mənbələr öz statuslarını zədələyərək əhaliyə yanlış təvsirlər paylaşmırlar. Aidiyyəti qurumların verdiyi məlumatlar bu sahədə aparılan ən son elmi işlərə əsaslanır".