• cümə axşamı, 28 mart, 21:08
  • Baku Bakı 13°C

Vahid Ələkbərov: Neft qiymətləri 68-75 dollar civarında qalacaq

22.07.21 19:15 289
Vahid Ələkbərov: Neft qiymətləri 68-75 dollar civarında qalacaq
"OPEC+” ölkələrinin neft hasilatının həcmini bərpa etmək barədə qərarından sonra neft qiymətləri 68-75 dollar civarında qalacaq.
AZƏRTACxəbər verir ki, bu barədə Rusiyanın "LUKoil” şirkətinin prezidenti Vahid Ələkbərov jurnalistlərə bildirib. Onun sözlərinə görə, hazırda neftin qiymətinin düşməsi müvəqqəti haldır.
V.Ələkbərov qeyd edib ki, indi neft istehlakı sabitdir və Avropada, ABŞ-da, xüsusilə də Çində getdikcə artır. Çində isə neft istehlakı, demək olar ki, pandemiyadan əvvəlki səviyyəyə çatıb.
Xatırladaq ki, iyulun 18-də "OPEC+” ölkələri aylıq neft hasilatını avqust ayından başlayaraq 400 min barel artırmaq barədə qərar qəbul edib.
banner

Oxşar Xəbərlər