• cümə, 29 Mart, 11:04
  • Baku Bakı 5°C

Üz yoqası stres və yuxu problemlərini aradan qaldırır

10.08.22 12:45 328
Üz yoqası stres və yuxu problemlərini aradan qaldırır

ABŞ-ın Norsvestern Universiteti tərəfindən aparılan araşdırmalar göstərir ki, gündəlik 30 dəqiqə üz yoqa məşqləri 8 həftədən sonra yanaq və üz əzələlərini gücləndirərək dəridə daha gənc görünüş yaradır.

AZƏRTAC universitetinə istinadla bildirir ki, düzgün texnik üsullar ilə tətbiq edilən üz yoqa məşqləri dərinin elastikliyini və parlaqlığını artırır, qırışlarla mübarizə aparır. Müntəzəm olaraq tətbiq olunduqda gözəçarpan dəyişiklik yaradan məşqlər dərinin ehtiyac duyduğu parıltını verir. Stres və yuxu problemlərinin aradan qaldırılmasında dəstəkləyici rol oynayır.

Üz yoqa təlimçisi Aysun Köse Somuncuoğlu yorğun əzələləri rahatlaşdıran məşqlərdən ibarət üz yoqasının dərinin elastikliyini artırdığını və qırışların aradan qaldırılmasına dəstək verdiyini ifadə edib.

Əzələləri rahatlaşdıran yoqa məşqlərinin üzə daha elastik, təravətli quruluş verdiyini qeyd edən A.K.Somuncuoğlu deyib: “Daha hamar, canlı və gənc bir üzə nail olmaq yalnız tibbi estetik tətbiqlərlə məhdudlaşmır. Dərinin qocalmasının təsirləri ilə təbii mübarizə aparmağa kömək edən üz yoqası hər bir xanımın gözəllik ritualı olmalıdır. Üz yoqası təkcə dəriyə deyil, eyni zamanda sağlamlığa da yaxşı təsir göstərir. Stres, narahatlıq və yuxu problemlərinin aradan qaldırılmasında dəstəkləyici rol oynayır.

18 yaşdan yuxarı hər kəs üz yoqası edə bilər. Mütəxəssislərin nəzarəti altında düzgün üsullar ilə davamlı olaraq aparılan məşqlər məhsuldar nəticələr verir. Ev şəraitində şüursuz şəkildə edilən üz yoqası sağlamlıq üçün təhlükə yaratmasa da, təəssüf ki, vaxt itirməkdən ibarətdir. Dərinin düzgün nöqtələrinə tətbiq olunmayan məşqlərin rahatlaşdırıcı masajdan heç bir fərqi yoxdur”.

banner

Oxşar Xəbərlər