“Uğursuz adam”ın uğurlu media layihələrinə “baxışı”
Prezident yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi
Fondu (KİVDF) qəzetlərin maliyyələşdirilməsi ilə bağlı müsabiqənin şərtlərinə
dəyişiklik edib. Fondun açıqlamasına görə, bu dəyişiklik qəzetlərin yeni dövrə
uyğunlaşdırılmasını və Azərbaycan çap mediasının dünyaya çıxış inteqrasiyasının
artırılmasından irəli gəlir. Lakin
KİVDF-nin bu addımı özünü "media eksperti” adlandıran, amma heç vaxt uğurlu
fəaliyyəti olmayan bəzi insanların hədəfinə çevrilib. Bu günlərdə "Yeni Nəsil”
Jurnalistlər Birliyinin sədri Arif Əliyev açıqlamasında KİVDF-nin fəaliyyətini
əsassız şəkildə tənqid edib. Lakin o, həyata keçirdiyi layihələrin, xüsusilə "Gün
səhər” qəzetinin uğursuzluğa düçar olması ilə bağlı məqamı, nədənsə, yaddan
çıxardır. Ümumiyyətlə, Arif Əliyev və digərlərinin Azərbaycan mətbuat tarixinin
uğurlu səhifəsi olan KİVDF-ni hədəfə almasının arxasında hansı maraqlar
dayanır?
V.Rəhimzadə qeyd etdi ki, fonda qarşı belə qərəzli fikirlərin
səsləndirilməsi bəzi insanların bu layihələrdən kənarda qalmasında irəli gəlir:
"Əgər Azərbaycan dövləti tərəfindən mətbuata dəstək olursa, bunu yalnız
alqışlamaq lazımdır. Amma təəssüf edirəm ki, əlləri antiazərbaycan qüvvələrin
cibində olan bəziləri ölkəmizə qarşı qara yaxmaqla, böhtan atmaqla məşğuldurlar.
Hesab edirəm ki, onlar bu mövqeləri ilə antiazərbaycan qüvvələrindən aldıqları
sifarişləri yerinə yetirirlər. Onların maliyyə vəsaiti ilə Azərbaycan əleyhinə
iş aparanlar, həm də fondun fəaliyyətinə kölgə salmağa çalışırlar, uğurlu
layihəyə qısqanc münasibət sərgiləyirlər. Bu, pişiyin ağzı ətə çatmamaq
misalına bənzəyir və onlar da məsələyə bu prinsiplə yanaşırlar”.
Arif Əliyev həm də Mətbuat Şurası haqqında danışaraq, onun da fəaliyyətinin uğursuz olduğunu deyir. Bu da yalan fikirdir. Mətbuat Şurası KİV-in özünütənzimləmə orqanıdır və bu günə qədər də fəaliyyətini davam etdirib. KİV-in özünütənzimləmə qurumu təkcə Mətbuat Şurasından ibarət deyil, başqa qurumlar da ola bilər. Məsələn, Redaktorlar Birliyi. Arif Əliyev məhz bu adda paralel bir qurum yaratmışdı və o da KİV-in özünütənzimləmə qurumu idi. O qurumun fəaliyyəti haradadır, niyə iflasa uğratdırıldı? Buna da Mətbuat Şurası və ya başqası müdaxilə etməmişdi ki”.
M.Ələsgərli vurğuladı ki, A.Əliyev nə qədər qurum yaradıbsa, hamısı iflasa uğrayıb və sonu da rüsvayçılıqla bitib: "O, həm Mətbuat Şurası, həm də KİVDF-nin yaradılması ilə bağlı layihələr irəli sürdüyünü deyir və sözündən belə çıxır ki, guya bunları Arif Əliyevin əlindən alıblar. Hərçənd bu, həqiqət deyil, amma əgər onun dediyi kimi olsaydı, yəqin ki, bu qurumların da aqibəti Redaktorlar Birliyi, Soros Fondu, "Gün səhər” qəzeti və "Yeni Nəsil” təşkilatı kimi olardı. Bu adamın karyerasında iflasa uğratdığı layihələr çoxdur. KİVDF və Mətbuat Şurası kimi layihələr ona görə yaşayır ki, Arif Əliyev bu layihələrə qoşula bilməyib. Əgər qoşulsaydı, digərlərinin aqibətini yaşayardı.
Hesab edirəm ki, bütün bu məsələlərin kökü Arif Əliyevin bütün layihələrə pul üzərindən baxışına gedib çıxır. Ona görə də onun kimilərinin KİVDF-yə baxışında milyonların alındığı və yeyildiyi təsəvvürü var. Adamda stereotip formalaşıb ki, pul varsa, mütləq yeyinti var, amma belə deyil. Çünki illərdir qurumun fəaliyyəti göz qabağındadır və layihələr də uğurla həyata keçirilir. KİVDF-nin son qərarı, kimlərinsə fəaliyyətini dayandırmaq deyil, sadəcə olaraq, qəzetlərin yeni dövrə uyğunlaşdırılması, Azərbaycanda layiqli və daha mütəşəkkil, eləcə də dünyaya çıxa biləcək KİV-lərin formalaşdırılmasına xidmət edir. Biz bunun da nəticəsini görəcəyik”.
AZAD