• şənbə, 20 Aprel, 12:27
  • Baku Bakı 23°C

Uşaqlarda yemək tərbiyəsini formalaşdırmaq lazımdır

29.06.22 17:45 387
Uşaqlarda yemək tərbiyəsini formalaşdırmaq lazımdır

“Sağlam qida çox vacibdir. Uşaqların bədəni daim inkişafda olduğu üçün təbii qidaya ehtiyac daha çoxdur”.

AZƏRTAC xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin pediatr mütəxəssis-eksperti, pediatr Əkbər Quliyev Səhiyyə Nazirliyin rəsmi instaqram səhifəsinə canlı yayım zamanı deyib.

“6 ay ana südü ilə qidalanan körpəyə ilk olaraq südlü yeməklər verilməlidir. Düyü, qarabaşaq, yulaf sıyıqları tövsiyə edilə bilər. Zamanla tərəvəz, daha sonra isə meyvəyə keçmək daha məqsədə uyğundur. Bir müddət sonra ilk olaraq toyuq, daha sonra qırmızı ətə keçmək olar. Səhər yeməyi də çox vacibdir. Lakin bəzən uşaqlar yuxudan oyanan kimi valideynlər onları yedizdirir. Uşaq oyanandan yarım saat və ya 1 saat sonra yemək vermək daha uyğundur. Eyni zamanda uşaqlarda yemək tərbiyəsini formalaşdırmaq lazımdır. Səhər yeməyini uşaq istədiyi qədər yeməlidir”, deyə mütəxəssis bildirib.

banner

Oxşar Xəbərlər