• çərşənbə, 24 Aprel, 18:46
  • Baku Bakı 23°C

Uşaqlarda ən çox rast gəlinən göz xəstəlikləri

12.11.22 00:15 1153
Uşaqlarda ən çox rast gəlinən göz xəstəlikləri

Uşaqlar arasında bir sıra göz xəstəlikləri daha geniş yayılıb. Onların arasında mövsümü olanlar da, müasir texnoloji vasitələrdən istifadə nəticəsində yarananlar da var.

AZƏRTAC xəbər verir ki, həkim-oftalmoloq Aygün Rəhimzadənin dediyinə görə, uşaqlarda daha çox yayılan göz xəstəlikləri birinci qrup görmə ilə əlaqədar olan zəifliklər, miopiya adlanan uzaqdan görmə qüsuru, hipermiopiya adlanan yaxından görmə qüsuru və çəpliklərdir: “Mövsümü xarakter daşıyan allergik konyunktivitlər, allergik blefaritlər - iltihabi xəstəliklər də geniş yayılıb. Fəsil dəyişikliyi zamanı Günəş şüası və tozla əlaqədar olaraq gözlərdə qızarma, sulanma, batma, xüsusən də son vaxtlar qadjetlərdən istifadə, kompüter və telefona aludə olan uşaqlarda quru göz sindromunun yaranması ilə əlaqədar sulanma və qızartı, kliniki göz quruluğu əlamətləri özünü göstərir”.

banner

Oxşar Xəbərlər