• cümə, 19 Aprel, 11:49
  • Baku Bakı 13°C

Uşaqlara bütün peyvəndlər vaxtında vurulmalıdır - Baş pediatr

09.07.21 16:07 213
Uşaqlara bütün peyvəndlər vaxtında vurulmalıdır - Baş pediatr
Uşaqlara bütün xəstəliklər üzrə peyvəndlər vaxtında vurulmalıdır.
Kaspi.az-ın məlumatına görə, bunu Səhiyyə Nazirliyinin baş pediatrı Erkin Rahimov deyib.
O bildirib ki, yüngül qrip, temperatur və burun axması uşaqlarda peyvənd üçün əks göstəriş sayılmır: "Yalnız ağır xəstəlik, yüksək temperatur zamanı peyvənd ertələnməlidir. Ümumiyyətlə, peyvəndləri vaxtında vurdurmaq lazımdır. Qızılca, difteriya və başqa xəstəliklər əslində çox ağır xəstəliklərdir. Ona görə peyvəndlər mütləq vaxtında vurdurulmalıdır. Uşaqlar vaxtında peyvənd olunmasa, COVİD - 19-dan da təhlükəli xəstəliklər yayıla bilər".
E.Rəhimov deyib ki, "COVİD dönəmində uşaqların peyvəndlənməsi azalıb: "İnsanlar xəstəxanaya getməyə qorxurlar. Xəstə uşaqları heç gətirmirlər, yalnız sağlam uşaqlar peyvənd olunurlar”.
banner

Oxşar Xəbərlər