“Uşaqlar uşaq yaşından sosiallaşmalıdır” - Mənim balam
"Mənim balam” rubrikamızın qonağı tanınmış ekspert, iqtisadçı alim
Vüqar Bayramovdur. Neftin qiyməti və digər iqtisadi məsələlərlə bağlı tez-tez
onun fikirlərini öyrənirik. Ancaq bu dəfə tanınmış alimlə nə neftdən, nə də məzənnədən
danışdıq. Müsahibimizi bir ata kimi tanımağa çalışdıq. İki qız atası olan Vüqar
Bayramovun böyük qızı Ayanın 10, kiçik qızı Aydanın isə 6 yaşı var. O, deyir
ki, qız uşaqlarının atanın diqqətinə daha çox ehtiyacı var.
- Övladlarınızı tərbiyə edərkən hansı üsuldan yararlanırsınız. Dədə-baba qaydaları, yoxsa öz tərbiyə metodunuz var?
- Bəs siz hansı cəza növlərindən
istifadə edirsiniz? Sizcə, döymək tərbiyə üsuludurmu?
- Övladlarınızın gələcəkdə
sizin sənətinizi davam etdirməsini istərdinizmi?
- Təbii ki, istəyərəm. Onları məcbur etmərəm. İndi soruşanda ki "böyüyəndə hansı peşənin sahibi olmaq istəyirsiniz” - deyirlər ki, böyüyəndə iqtisadçı olacağıq. Ancaq yaşları çox kiçikdir və gələcəkdə qərarları dəyişə bilər. Hansı peşəni seçirlərsə-seçsinlər, əsas odur ki, yaxşı təhsil alsınlar. Onlar üçün indidən bəlli hədəfin olmağına ehtiyac var. Uşaq yaşlarından müəyyən hədəfləri olmalıdır ki, o hədəfə doğru can atsınlar. Uşağın özündə də qəhrəmanların olmasına ehtiyac var.
- Qəhrəmanlardan danışdınız.
Maraqlıdır, qızlarınız sizi qəhrəman kimi görürmü?
- Sizi efirdə görəndə
hansı reaksiyanı verirlər?
- İnternetdən və sosial şəbəkələrdən istifadədə qızlarınıza limit qoyursunuzmu? Və nələri izləmələrinə nəzarət edə bilirsinizmi?
- Uşaqlarla nəyisə
müzakirə edib, onların fikirlərini dinləyirsinizmi?
- Siz Amerikada təhsil
almısınız və oranın tədris-təhsil sisteminə yaxından bələdsiniz. Orada
uşaqların yetişdirilməsi sistemini öz övladlarınızın üzərində tətbiq
etmisinizmi?
- Sizin iş rejiminiz qeyd
etdiklərinizi həyata keçirməyə imkan verirmi?
- Bugünkü iş rejimi ilə
uşaqlarla məşğul olmaq çox çətindir.
- Deyirlər ki, qız övladı
ataya daha yaxın olur. Sizdə də elədirmi?
Xəyalə Rəis
- Övladlarınızı tərbiyə edərkən hansı üsuldan yararlanırsınız. Dədə-baba qaydaları, yoxsa öz tərbiyə metodunuz var?
- Böyük qızımın 10, kiçik qızımın isə 6 yaşı var. Çalışıram ki,
onların hüququnu tanıyım. Deməzdim ki, mən dədə-baba qaydasından istifadə edirəm.
Uşaqlara təzyiq etməyin tərəfdarı deyiləm. Onlara müəyyən interval daxilində
seçim hüququ verilməlidir. Adi uşaq paltarı alanda, valideyn çalışır ki, özü
seçsin. Hətta bu tip seçimlərdə belə valideyn paltarı seçib, uşağa təklif etməlidir
ki, rəngini uşağın özü seçsin. Uşaq paltarın rəngini seçəcək və elə biləcək ki,
seçimi özü edib. Dolayı olaraq uşaqlara belə seçim imkanlarının verilməsinin tərəfdarıyam.
Əslində seçimi valideyn edir, ancaq uşaqda elə təəssürat yaradır ki, seçimi o
edib. Belə olan təqdirdə, uşaq özünə çox güvənir və bu, onun gələcəyi üçün də
xeyirlidir. Mövcud dövrü və şərtləri nəzərə alsaq, əvvəlki şərtlərlə uşaqların
tərbiyə edilməsi bəzi hallarda neqativ nəticələrə gətirib çıxara bilər. Bizim tərbiyə
olunduğumuz dövr, dəyərlər başqadır. Biz uşaq olarkən dədə-baba metodu effektli
ola bilərdi və yəqin ki, effektli idi də. İndi bunun effektli olduğunu düşünmürəm.
Nəsil dəyişdikcə tərbiyə metodları da dəyişikliyə uyğunlaşmalıdır. Ədəbiyyatda
da belədir, hər zaman "atalar-oğullar” problemi olub. Adətən atalar düşünürlər
ki, oğulları onlara oxşamalıdır, oğullar düşünürlər ki, ataları artıq keçmişdə
qalıb və onlar daha fərqlidirlər. O fərqlilik yaranmasın deyə, uşaqlara tənzimlənən
müstəqilliyin verilməsinə ehtiyac var. Tənzimlənən müstəqillik uşağın gələcəkdə
seçim etməsinə birbaşa təsir göstərəcək. Bu gün biz uşaqlara ən adi məsələlərdə
seçim imkanı verməsək, uşaq böyüdükdən sonra öz seçimində yanılacaq, o basqını
üzərində hiss edəcək. Uşağa tənzimlənən seçim verdikdə isə, burda qızıl ortanın
tənzimlənməsinə ehtiyac var. Seçim olaraq hər şeyi uşağın öhdəsinə buraxsan, o
da gələcəkdə neqativ nəticələrə gətirib çıxara bilər. Övladların müstəqil böyüməsinə
və davranmasına, qərar verməsinə hesablanan bir mühitin formalaşmasına ehtiyac
var. Çalışıram ki, bu mühiti formalaşdıra bilim.
- Uşağın döyülməsinin hər zaman əleyhinəyəm. Əvvəlki dövrlərdə bu tərbiyə
üsulu və metodu olub. Ancaq indi uşağı döymək heç də tərbiyə metodu deyil.
Bunun fərqli neqativ təsirləri var. Uşağı döydükdə, o döyülməyə alışır və
valideyninə hörməti, məhəbbəti azalır. Həmin uşaqlar əksər hallarda valideynlərini
dinləmir, fərqli qərarlar verməyə çalışırlar. Döymə üsulu ilə böyüyən uşaq
çalışır ki, tez böyüsün, o mühitdən, basqıdan qurtulsun. O böyüyür, düşünür ki,
müstəqildir. Belə olan halda, uşağın yanlış qərarlar vermə ehtimalı artır.
Valideynin uşağı döyməsi arzuolunan deyil. Bu metoddan heç vaxt istifadə etmirəm.
Yoldaşım deyir ki, uşaqları qorxut, onlar atadan qorxmalıdır və s. Amma məncə,
uşağın atadan qorxması deyil, ona hörmət etməsinə ehtiyac var.
- Təbii ki, istəyərəm. Onları məcbur etmərəm. İndi soruşanda ki "böyüyəndə hansı peşənin sahibi olmaq istəyirsiniz” - deyirlər ki, böyüyəndə iqtisadçı olacağıq. Ancaq yaşları çox kiçikdir və gələcəkdə qərarları dəyişə bilər. Hansı peşəni seçirlərsə-seçsinlər, əsas odur ki, yaxşı təhsil alsınlar. Onlar üçün indidən bəlli hədəfin olmağına ehtiyac var. Uşaq yaşlarından müəyyən hədəfləri olmalıdır ki, o hədəfə doğru can atsınlar. Uşağın özündə də qəhrəmanların olmasına ehtiyac var.
Amerikada çox istifadə edilən bir nümunə var. 5 yaşında 20 qaradərili,
20 ağdərili uşağı bir otağa yığırlar. Meydana 40 qara və 40 ağ kukla qoyurlar.
Uşaqlara deyirlər ki, o kuklaları götürün. Güman edirlər ki, qaradərili uşaqlar
qara, ağdərili uşaqlar isə ağ kuklaları götürəcəklər. Ancaq uşaqların hamısı ağ
kuklanı götürür. Səbəbi belə bəlli olur ki, ötən əsrin 80-ci illərində bütün
filmlərdə müsbət qəhrəmanlar ağdərili insanlar olub. O dövrlər qaradərili
insanlar mənfi rollarda çəkiliblər. Məhz buna görə qaradərili icmanın da qəhrəmanı
ağdərili insanlardır. Bundan sonra Hollivudun qərarı dəyişdi və qaradərili qəhrəmanlar
peyda oldular. Buna görə qeyd edirəm ki, uşaqların həm hədəfinin, həm də qəhrəmanının
olmasına ehtiyac var. Qızlarımın gələcəkdə iqtisadçı olub-olmaması önəmli
deyil, önəmli odur ki, yaxşı təhsil alsınlar. Harada olmalarından asılı
olmayaraq, peşəkar olsunlar. İşinin peşəkarına cəmiyyət də hörmət edir. Bu, hər
sferada belədir. Öz sahənin peşəkarı olmaq uşaqların peşə seçimində əsas
istiqamətdir.
- Mənim bunu qiymətləndirməyim doğru olmazdı. Balaca qızım birinci
sinfə gedir. Güman edirəm ki, böyük qızım məni qəhrəman olaraq görür. Yəqin ki,
məni qəhrəman olaraq gördüklərindən, iqtisadçı olmaq istəyirlər.
- Etiraf edim ki, indi bu onlar üçün adiləşib. Əvvəllər reaksiyaları
fərqli olurdu. Deyirdilər ki, indi sən evdəsən, ancaq televiziyada danışırsan.
Bu gün uşaqlar internetdən istifadə edirlər. Onlar "Google”-da axtarış edirlər.
Baxmayaraq ki yaşları çox azdır, böyük qızım Slavyan liseyində təhsil alır.
Onlara proqram hazırlamağı tapşırırlar. O, məlumatları internetdən toplayır. Hərdən
görürəm ki, böyük qızım "Google”-da nəyisə axtaranda məndən daha tez, daha
çevik tapır. Onlar nəinki televiziyada, yazılı mətbuatda da məni izləyirlər.
- İnternetdən və sosial şəbəkələrdən istifadədə qızlarınıza limit qoyursunuzmu? Və nələri izləmələrinə nəzarət edə bilirsinizmi?
- Uşaqların tədris yükü kifayət qədər böyükdür. Onların gününün
planlaşdırılmasına ehtiyac var. Uşaq öz gününü planlaşdıra bilmir. Valideyn tərəfindən
doğru və səmərəli planlaşdırmaya ehtiyac var. Dərslər həddən artıq çoxdur. Səhər
saat 8-dən 3-ə qədər dərsdə olurlar. Daha sonra evə gəlib, müəyyən fasilədən
sonra növbəti günün dərslərinə hazırlaşırlar. Tədris ilində internetdən istifadə
etmək xeyli dərəcədə məhdudlaşıb. Əgər internetdən çox istifadə etsə, o zaman dərslərindən
geri qalacaq. Təbii ki, daxil olduqları saytlar nəzarətimizdədir.
- Əlbəttə. Uşaqla danışmağa hər zaman ehtiyac var. Onlarla tez-tez
müzakirələr edirik. Bəzi hallarda onların mövqeyini dəyişmək çətin olur.
Ümumiyyətlə, uşağın mövqeyinin dəyişməsinin tərəfdarı deyiləm. Uşaq düşünə bilər
ki, onun fikirləri əslində real deyil. Və belə olanda, onun özünəinamı itəcək.
Çalışmaq lazımdır ki, valideyn uşağın bütün qərarlarını dəyişməyə cəhd etməsin.
Əgər dəyişəcəksə, uşaq düşünəcək ki, doğru qərar verə bilmir və onun fikirlərini
valideyn, cəmiyyət qəbul etmir. Uşağın verdiyi qərarların 3-də 1-nin yerinə
yetirilməsinə ehtiyac var.
- ABŞ-da uşaqların formalaşdırılması, yetişdirilməsi tamam fərqli bir
sistemdir. Mühitin fərqliliyi də onların yetişməsinə öz təsirini göstərir.
Amerikalılar çalışırlar ki, uşaqlara müstəqillik versinlər və onlar tənzimlənən
müstəqillikdən istifadə edirlər. Bizim uşaqlarla müqayisədə onlar daha müstəqil
olurlar. Tam olaraq amerikan modelini və oradakı mühiti Azərbaycana transfer
etmək mümkün deyil. Çünki onların uşağa yanaşması, ailə dəyərləri fərqlidir.
Bizdə valideynlər uşaqlara çox bağlıdır. Uşaq böyüyəndə, 30-35 yaşlarında belə
valideynlər onun qayğısını çəkməyə çalışırlar. Valideyn düşünür ki, uşağının
böyüməsindən asılı olmayaraq, onun vəzifəsi uşağın qayğısını çəkməkdir. Ancaq
Amerikada belə deyil. Valideyn uşağa uşaq vaxtı yaxşı təhsil və tərbiyə verir,
təhsilinə vəsait xərcləyir. Ailələrin ailə həkimləri, psixoloqları var. Bizdə
uşaq psixoloqun yanına gedirsə, onun ətrafı uşağa dəli kimi baxır. Ancaq
amerikan uşaqlarının böyük əksəriyyəti psixoloq nəzarətində böyüyür. Uşaq
universitetə daxil olduqdan, öz-özünü idarə edəcək səviyyəyə çatdıqdan sonra
valideynin təsirləri minimumlaşır. Ancaq bizdə təsirlər minimumlaşmır və sona qədər
qalır. Sözsüz ki, cəmiyyət, mühit dəyişir. Elmin, innovasiyanın çoxu Amerika gənclərindən
çıxır. Bu gün sosial şəbəkələri, "Votsap”-ı kəşf edənlərin hamısı tələbə və ya gənc
yaşlarında olan insanlardır. Misal üçün, Bill Geyts tələbə olan zaman
kompyuteri düşünüb. Təbii ki, bunu 25 yaşından aşağı olanda ediblər. Bu da
ondan xəbər verir ki, Amerikada təhsil və tərbiyə metodu sonradan uşaqların
innovasiyalar yaratmasına xidmət edir. Uşaqların daimi psixoloq altında olması,
ailə həkiminin olması vacibdir. Daima dostlarımızla müzakirə etdiyimiz əsas məsələlərdən
biri uşaqların sosiallaşa bilməməsidir. Sosiallaşmaları üçün ən azı həftədə bir
dəfə evdən kənarda yemək yeməsi, valideynləri ilə kinoya, teatra getməsinə
ehtiyac var. Uşaqlar uşaq yaşından sosiallaşmalıdır. Məktəbə gedib və evdə dərs
hazırlamaları ilə iş bitmir və bu, uşağı sosiallaşdırmır. Onların sosiallaşması
üçün valideynlər az imkanlar yaradırlar. Onlar çalışmalıdırlar ki, uşaqlar elə
uşaq yaşından sosiallaşa bilsinlər.
- Bacardığım qədər tətbiq etməyə çalışıram.
- Qızlarımla anası daha çox məşğul olur. Uşaqların məktəbi, öhdəliklərində
anasının məsuliyyəti daha çoxdur. Mənim iş rejimim və xarici səfərlərim imkan
vermir ki, dediklərimi tam olaraq reallaşdırım. Ancaq hər dəfə təklif edirəm
ki, anaları ilə birgə harasa getsinlər. Və çalışıram ki, bir növ atanın diqqətini
hiss etsinlər və bu çox vacibdir. Qız uşaqlarının atanın diqqətinə daha çox
ehtiyacı var.
- Qız övladları daha mehriban olur. Deyirlər, qız uşaqları yaxşı mənada
şeytan olur. Oğlan və qız uşaqlarının Azərbaycan kontekstində valideynə olan
diqqətini qiymətləndirsək, yəqin ki, razılaşarsınız ki,
qız uşaqları valideynlərinə daha çox bağlıdır.