• cümə axşamı, 18 aprel, 22:14
  • Baku Bakı 21°C

Uşaqlar arasında yayılan virus epidemiyasının əlamətləri COVID-lə oxşardır

08.01.22 13:30 325
Uşaqlar arasında yayılan virus epidemiyasının əlamətləri COVID-lə oxşardır
Son günlər uşaqlar arasında yayılan kəskin respirator xəstəliklərdən valideynlər narahatlıq hissi keçirilər. Respirator virusun yayılmasının bir neçə səbəbi var. Bura ilk növbədə havanın soyuq keçməsi, eyni zamanda uşaqların bir-biri ilə və daha çox ünsiyyətdə olduğu bağça və məktəblərin yenidən işə başlaması daxildir. Hazırda uşaqlarda müşahidə olunan xəstəliyin konkret hansı virusdan qaynaqlandığını müayinə aparmadan müəyyən etmək çətindir.
AZƏRTACxəbər verir ki, həkim-terapevt Şahin Quliyev yayılan infeksiyalar barədə deyib: "Kəskin respirator virus infeksiyalarının əlamətləri yeni növ koronavirusla (COVID-19) demək olar ki, üst-üstə düşür. Bəzi hallarda temperatur yüksəlməsi, bəzi hallarda halsızlıq, bəzi hallarda isə kataral əlamətlər üstünlük təşkil edir”.
Virusların 200-dən artıq növü var. Onların bir çoxu mövsüm zamanı əhali, xüsusilə uşaqlar arasında daha çox rast gəlinir. Pediatr-nevroloq Röyanə Quluzadə deyib: "Həkimlər xəstəliyin klinik əlamətlərinə görə hansı virus infeksiyasının epidemiyasını yaşadığımızı təxmin edə bilirlər. Ümumiyyətlə, mövsümdə ən çox rast gəlinən infeksion epidemiyalar "influenza” adlandırılan qrip epidemiyasıdır. Odenavirus, rotaviris, herinaviruslar da uşaqlar arasında çox yayılıb və epidemiya yaradır”.
Mövsümü xəstəliklərdən qorunma yolları barədə danışan pediatr-nevroloq deyib: "Virus infeksiyalarında qorunması yolları yalnız simptomatik müalicələrdir. Yataq rejiminə əməl etmək, yalnız əlamətlərə qarşı, məsələn, qızdırma varsa hərarətsalıcı preparatlardan istifadə olunmalı, çoxlu maye içilməlidir. Təəssüf ki, bu dövrdə valideynlər burun damcılarından çox istifadə edirlər. Əslində 2-3 gündən artıq və gün ərzində bir-iki dəfədən artıq burun damcılarından istifadə etmək olmaz”.
Aparılan araşdırma zamanı məlum olub ki, allergiyadan əziyyət çəkən xəstələrin əksəriyyəti də kəskin respirator virus infeksiyalarına meyillidirlər. Ona görə də həmin kateqoriyaya aid olanlar daha diqqətli və məsuliyyətli olmalıdırlar.
banner

Oxşar Xəbərlər