• cümə axşamı, 28 mart, 21:16
  • Baku Bakı 13°C

Uşaq qida məhsullarının çoxunun tərkibində şəkər normadan çoxdur

16.07.19 16:30 18517
Uşaq qida məhsullarının çoxunun tərkibində şəkər normadan çoxdur
Dünya Səhiyyə Təşkilatının (DST) Avropa bürosu tərəfindən Avstriya, Bolqarıstan, Macarıstan və İsraildə aparılmış yeni tədqiqatlar nəticəsində məlum olub ki, mütəxəssislərin tövsiyələrinə baxmayaraq, hazır uşaq yeməklərini yaşı 6 aya çatmamış uşaqların qida rasionuna daxil edilmək üçün yararlı məhsullar kimi reklam edirlər.
AZƏRTACBMT Xəbərlər Mərkəzinə istinadla bildirir ki, bu məhsulların çoxunda şəkərin miqdarı yolverilməz dərəcədə çoxdur.
DST-nin 2016-cı ildə dərc edilmiş rəhbər vəsaitində aşkar göstərilib ki, belə məhsulların yarım yaşdan aşağı uşaqların yedizdirilməsi üçün reklam edilməsi yolverilməzdir.
DST Avropa regional bürosunun direktoru doktor Jujanna Cakab deyib: "Körpə və südəmər yaşda uşaqların düzgün qidalanması onların optimal inkişafının və gələcəkdə sağlam böyüməsinin rəhnidir. Bu, çəki artıqlığının, piylənmənin və alimentar asılı qeyri-infeksion xəstəliklərin profilaktikasına kömək edir”.
Tərkibində təbii şəkər olan meyvə və tərəvəz südəmər və erkən yaşda uşaqların qidalanması üçün yararlıdır, lakin püreyəbənzər məhsulların tərkibində şəkərin yüksək miqdarda olması ciddi narahatlıq doğurur. DST ekspertləri bütün ölkələrin hökumətlərinə müraciətlə uşaqların sağlam qidalanmasının təmin olunması üçün mütəxəssislərin tövsiyələrinə riayət etməyə çağırır.
banner

Oxşar Xəbərlər