• cümə, 19 Aprel, 16:03
  • Baku Bakı 25°C

“Uşaq məktəbdə ailənin, ailədə də müəllimin güzgüsüdür”

10.04.20 14:30 3192
“Uşaq məktəbdə ailənin, ailədə də müəllimin güzgüsüdür”
Elgün Şahbazov: Cəmiyyətə nümunəvi, bacarıqlı, vətənpərvər vətəndaş yetişdirməyi qarşıma məqsəd qoymuşdum
Deyir ki, müəllim öyrədən və hətta öyrənəndir. Müəllim öyrətdiyi qədər də öz üzərində çalışmalı, hər an yeniliklərə hazır olmalı, hər şagirdə fərd, şəxsiyyət olaraq yanaşmalıdır. Ən əsası da, hər şagirdin içindəki peşə sevgisini kəşf etməlidir. Qarşılıqsız olsa belə, şagirdləri sevməlidir.
Müsahibimiz Cəlilabad rayonHacıcavad kənd ümumi orta məktəbinin müəllimiElgün Şahbazovdur.
E.Şahbazov 1991-ci il yanvarın 20-də Cəlilabad rayon Çünzəli kəndində anadan olub. 2008-ci ildə Çünzəli kənd tam orta məktəbini bitirib. 2010-2014-cü illərdə Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecindəibtidai sinif müəllimliyi üzrə təhsil alıb. 2014-cü ildə Müəllimlərin İşə Qəbul (MİQ) imtahanını versə də, bəzi çətinliklərə görə tələb olunan balı toplaya bilməyib. Həvəsdən düşməyib, 2017-ci ildə yenidən imtahan verərək 47 bal toplayıb və Cəlilabad rayon Ləzran kənd ümumi orta məktəbində ilk peşə fəaliyyətinə başlayıb. İşlədiyi məktəb yaşadığı kənddən uzaq məsafədə yerləşdiyi üçün 2019-cu ildə yenidən MİQ-ə qatılıb və 58 balla yaşadığı kəndə yaxın olan Hacıcavad kəndində yerləşən məktəbə yerdəyişmə edib. Hazırda Hacıcavad kənd ümumi orta məktəbində müəllimlik fəaliyyətimi davam etdirir.


- Bəs məktəbinizdə şərait necədir?
- 2019-cu ildə təhvil verilən modul tipli məktəbdir. Yeni avadanlıqlarla təmin olunub, istilik sistemi ilə təchiz edilib. Sinif otaqları şagird sayı üçün münasibdir. Təzə parta və lövhələr, gözəl, təmiz sinif otaqları həm mənim, həm də şagirdlərimin dərsə olan marağını daha da artırır.
- Müəllimlik peşəsini seçmək istəyən gənclərə məsləhətiniz nələrdir?
- Müasir dövrdə müəllimlik peşəsini seçən kifayət qədər gənclərimiz var. Bu, əsl qürurverici haldır. Amma əsas olan seçim etmək deyil, düzgün seçim etdiyinə əmin olmaqdır. Sevməyəcəyi peşəni seçən gənclərin bu addımını düzgün hesab etmirəm. Çünki gələcəkdə o müəllimi yüzlərlə, hətta minlərlə şagird gözləyir. Həmin şagirdlərin o müəllimin sevgisinə böyük ehtiyacları olacaq. Buna görə də şagirdlərimizə təkcə təhsil-tərbiyə deyil, həm də öz sevgimizi verək. Şagirdlər bizim həm bu günümüz, həm də gələcəyimizdir. Biz gələcəyimizi bu yolla inkişaf etdirə bilərik.
Günel Azadə

banner

Oxşar Xəbərlər