• cümə axşamı, 28 mart, 16:35
  • Baku Bakı 16°C

Uşaq kitabxanası Misir Mədəniyyət Mərkəzində tədbir keçirib

24.05.17 17:10 1086
Uşaq kitabxanası Misir Mədəniyyət Mərkəzində tədbir keçirib
Firudin Köçərli adına Respublika Uşaq Kitabxanası Misir Mədəniyyət Mərkəzində tədbir keçirib. Tədbirdə Asəf Kərimovun rəhbərliyi ilə Palitra Art Studiyasının balaca rəssamları iştirak edib. Tədbiri giriş sözü ilə Misir Ərəb Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin direktoruƏhmədSamiElaydiaçıb. O şagirdləri Misir mədəniyyəti ilə tanış edib və çarxlı video slayda baxmağa dəvət edib. Sonra F.Köçərli adına Respublika Uşaq Kitabxanasının direktoru Şəhla Qəmbərova çıxışında mütaliənin rolundan bəhs edərək uşaqların mütaliəsıni informasiya cəmiyyətində həyata açar adlandırıb: "Mütaliə hər bir insanın şəxsiyyət kimi formalaşmasında böyük rol oynayır. Belə ki, insan mütaliə edərək öz dünyagörüşünü, biliklərini, həyat təcrübəsini, mənəviyyatını, nitq qabiliyyətini daha da artırır. Mütaliənin xeyirlərini sadalamaqla yeni bir kitab ərsəyə gətirmək olar. Uşaqlarda mütaliə vərdişlərinin erkən yaşlarda aşılanması olduqca vacib amillərdən biridir. Çünki çox mütaliə edən uşaqların intellekti daha sürətlə inkişaf edir, zəngin söz ehtiyatına sahib olmağın təsiri ilə gözəl nitq qabiliyyətinə malik olur, danışarkən hikmət dolu sözlərlə insanların ürəyinə asanlıqla yol tapa bilir” Direktor İslam Həmrəyliyi İli çərçivəsində keçirilirən tədbirdə əsas məqsədin ecazkar Misir nağılları haqqında nəşr olunacaq kitaba illustrasiyalar çəkən rəssamların Misir mədəniyyəti ilə daha yaxından tanış olmaları və kitabxanadan səmərəli istifadə etmələri olduğunu bildirib: "Müasir dövrdə İslam aləminin, müsəlman dövlətlərinin siyasi birliyə, mənəvi həmrəyliyə, əqidə və məram tərəfdaşlığına böyük ehtiyacı var”. Balaca rəssamlar Misir Mədəniyyət Mərkəzində eksponatlarla və zəngin kitabxananın kitabları ilə tanış olublar. Hər bir iştirakçıya Misir haqqında kitabçalar, xəritələr verilib. Sonda F.Köçərli adına Respublika Uşaq Kitabxanasının direktoru Şəhla Qəmbərova Misir Mədəniyyət mərkəzinin kitabxanasına Firidun bəy Köçərlinin "Balalara hədiyyə”, İlyas Tapdıq və Firidun bəy Köçərli biblioqrafiya kitablarını hədiyyə edib.


banner

Oxşar Xəbərlər