• cümə, 29 Mart, 19:39
  • Baku Bakı 14°C

USAID rəhbəri müavininin köməkçisi Azərbaycanda bir sıra maraqlı görüşlər keçirib

19.10.19 11:45 355
USAID rəhbəri müavininin köməkçisi Azərbaycanda bir sıra maraqlı görüşlər keçirib
ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Administratorunun Avropa və Avrasiya üzrə müavininin köməkçisi Aleks Sokolovski Azərbaycana dörd günlük səfərini başa vurub.
Bu barədəAZƏRTAC-a ABŞ-ın Azərbaycandakı səfirliyindən bildirilib.
"Mən əvvəl də Azərbaycanda olmuşam, lakin bu səfər mənim üçün xüsusilə özəldir, çünki USAID Administratorunun Avropa və Avrasiya üzrə müavininin köməkçisi qismində Azərbaycana ilk səfərimdir. Çox şadam ki, həm Bakıdan kənara səfər edərək gözəl Lənkəran və Qubada USAID-in çalışdığı insanlarla tanış ola, həm də Bakıda yüksək hökumət rəsmiləri ilə çox məhsuldar görüşlər keçirə bildim. Hər iki tərəf USAID və hökumət arasında tərəfdaşlığı genişəndirmək üçün müəyyən addımlar haqqında razılığa gəldilər. Mən həmçinin vətəndaş cəmiyyəti və media nümayəndələri ilə onların hökumətlə dialoquna necə dəstək göstərə biləcəyimizə dair töhfələrini öyrənmək üçün görüşdüm. Vətəndaş cəmiyyəti və media vətəndaşların ehtiyaclarını daha yaxşı qarşılamaq üçün hökumətə dəstək olan dəyərli vasitələrdir,” deyə səfərin sonunda A.Sokolovski qeyd edib.
Səfər çərçivəsində Lənkəran və Qubada bir sıra görüşlər keçirib Aleks Sokolovski ölkəmizdən xoş təəssüratlarla ayrılıb.
banner

Oxşar Xəbərlər