• şənbə, 20 Aprel, 00:18
  • Baku Bakı 15°C

Urmiya gölünün quruması 3 milyon insanı işsiz qoyub

09.07.13 09:00 1403
Urmiya gölünün quruması 3 milyon insanı işsiz qoyub
“Urmiya gölünün quruması 3 milyon nəfərin işsiz qalmasına və köçməsinə səbəb olub”. APA-nın “Oyannews”a istinadən verdiyi məlumata görə, bunu Urmiya şəhərini İran parlamentində təmsil edən azərbaycanlı deputat Nadir Qazipur deyib.
Onun sözlərinə görə, göldəki ekoloji fəlakətdən dolayı hövzənin ətrafında yerləşən və əsasən kənd təsərrüfatı sənayesinə bağlı zavodların 34%-i bağlanıb: “Bu zavodların bağlanmasının səbəbi isə Urmiya gölünün ətrafındakı qazılmış quyuların sularının qurumasıdır. Bu da bölgədə əkinçiliyin məhv olmasına gətirib çıxardığından zavodlar işi dayandırmaq məcburiyyətində qalıb. Zavodların bağlanması isə yalnız İranın Qərbi Azərbaycan vilayətində baş verib. Urmiya gölünün quruması nəticəsində bölgədə sosial-iqtisadi, sənaye və mədəni problemlər yaranacaq”.
N. Qazipur deyib ki, İran hökuməti Urmiya gölündəki ekoloji fəlakəti aradan qaldırmaq üçün lazımi addımı atmayıb: “Gərək hökumət bu gölün qurumasının minlərlə iqtisadi və iş imkanlarını aradan qaldıracağını anlamalıdır. Ölkə parlamenti Urmiya gölünün xilası üçün qanunlar qəbul edib. Ancaq hökumətin bu qanunları icraya yönəldilməsinə və gölün qurumasının qarşısını almağa marağı və hədəfi yoxdur”.
banner

Oxşar Xəbərlər