• cümə, 29 Mart, 15:09
  • Baku Bakı 14°C

Universiada-2013: Güləşçimiz gümüş medal qazandı

17.07.13 13:16 1440
Universiada-2013: Güləşçimiz gümüş medal qazandı
Azərbaycan Güləş Federasiyasından Milli.Az-a verilən məlumata görə, Rusiyanın Kazan şəhərində keçirilən Tələbələrin 27-ci Ümumdünya Universiadasında güləş yarışları bu gün başa çatıb.
Proqrama əsasən, yarışların son günündə 60, 74 və 96 kq çəkidə yunan-Roma güləşi üzrə müsabiqələr keçirilib. Güləşçilərimiz günü 1 gümüş medalla başa vurub.
60 kq
1/8 finaldan mübarizəyə başlayan Kamran Məmmədov xorvat Tonimir Sokol üzərində inamlı (7:0) qələbə qazanıb. 1/4 finalda güləşçimiz iranlı Məhəmməd Nurbaxşını (6:4) mübarizədən kənarlaşdırıb. Yarımfinalda rəqib gürcü Tornike Turkişviliyə də heç bir şans verməyən (6:0) Kamran Məmmədov finala yüksəlib. Qızıl medal uğrunda Kamranın rəqibi Rusiya güləşçisi İvan Kuylakov olub. Güləşçimizin son görüşü uğurlu alınmayıb və o, Universiadanı gümüş medalla tamamlayıb.
74 kq
Elvin Mürsəliyev 1/16 finalda gürcü Laşa Lolaşvili ilə qarşılaşıb və onu (9:2) məğlub edib. Növbəti görüşdə alman Damian Hartman üzərində də (5:2) qələbə qazanan güləşçimiz 1/4 finala yüksəlib. Türkiyə güləşçisi Osman Köse ilə görüş də (7:4) güləşçimizin xeyrinə başa çatıb. Yarımfinala yüksələn Elvin Mürsəliyevin rəqibi Rusiya təmsilçisi Roman Vlasov olub. Bu görüş güləşçimiz üçün uğurlu alınmayıb. Elvin bürünc medal uğrunda erməni güləşçisi Arsen Culfalakyana uduzub və Universiadanı beşinci sırada tamamlayıb.
96 kq
Araz Həsənov da mübarizəyə 1/8 finaldan başlayıb, qırğız Aman Toktoqonovu (8:0) məğlub edib. 1/4 finalda alman Feliks Radingeri (3:1) üstələyən güləşçimiz yarımfinala vəsiqə qazanıb. Yarımfinalda Araz Həsənov Rusiya güləşçisi Nikita Melnikovla görüşdən məğlub ayrılıb. Güləşçimiz bürünc medal uğrunda gürcü Mixeil Kajaia ilə görüşdən məğlub ayrılıb və beşinci olub.
Xatırladaq ki, yunan-Roma güləşi yarışlarının ilk günündə güləşçilərimiz 1 qızıl və 1 bürünc medal qazanıb.
banner

Oxşar Xəbərlər