• cümə, 26 Aprel, 20:02
  • Baku Bakı 22°C

UNICEF Azərbaycan COVİD-19-a qarşı mübarizə aparan ailələr üçün praktiki təlimatları açıqlayıb

08.04.20 14:21 561
UNICEF Azərbaycan COVİD-19-a qarşı mübarizə aparan ailələr üçün praktiki təlimatları açıqlayıb
UNICEF Azərbaycan bu gün COVID-19 böhranı zamanı evdə uşaqların qayğısına qalan valideynlər üçün içində faydalı fəaliyyətlər və məsləhətlər olan, özünün #LearningAtHome (#ÖvladımlaEvdə) təşəbbüsünə veb-saytında və sosial media platformalarda (Facebook, Instagram və YouTube) başlayıb.
Təşkilatdan Trend-ə bildirilib ki, xüsusilə, Azərbaycan ailələri üçün hazırlanan materiallarda diqqət qüvvədə olan xüsusi karantin tədbirləri zamanı müxtəlif oyunlardan yaradıcı şəkildə istifadə edərək uşaqların stimullaşdırılmasına yönəlmişdir.
"Biz bilirik ki, məktəbəqədər və günərzi xidmətlərinin, həmçinin məktəblərin COVİD-19 alovlanması səbəbindən bağlanması, valideynləri uşaqların bütün gün ərzində evdə fəal və stimullu qalması kimi çağırışı ilə üz-üzə qoymuşdur. UNICEF bu çətin zamanlarda ailələrə kömək etmək üçün bəzi praktiki ideyalar və tövsiyələr təklif etmək istəyir. Yeni resurslara daxil olan fəaliyyətlər uşaqları məşğul saxlamaqla yanaşı beyinlərini də inkişaf etdirməyə kömək edir. Növbəti 15 gün ərzində biz ailələrin iştirak edə biləcəyi bir sıra əyləncəli #LearningAtHome çağırışları və təşəbbüsləri ilə yanaşı valideynlərə övladlarının fəallığını təmin etmək, beyinlərini stimullaşdırmaq və valideynlərlə uşaqlar arasında bağları dəstəkləmək haqqında praktiki təklifləri də təqdim edəcəyik" - deyə, UNICEF-in Azərbaycandakı Nümayəndəsi Edvard Karvardin bildirib.
https://www.unicef.org/azerbaijan/learning-home-join-challengeünvanında onlayn olaraq yerləşdirilən fəaliyyətlər:
Valideynlərə öz uşaqlarına ev şəraitində icra oluna biləcək istirahət və təhsil fəaliyyətlərinə dair xüsusi nümunələr vasitəsilə təhsil almaq imkanı verməyə kömək edir;
Uzun müddətli özünü-karantin dövrlərində stress və gərginliyi azaltmağa kömək edə bilər;
Rəqəmsal əlaqələr və birgə təcrübə vasitəsilə sosial təcrid təsirini yumşaldır
Uşaqlar üçün özlərini risk etmədən öyrənə və oynaya biləcəyi sağlam bir mühit yaradır.
"Bu kritik zamanda, icmalarımızın təhlükəsizliyini qorumaq üçün evdə qalmaq lazım olduqda, biz hələ də birlikdə daha güclü ola bilərik. Ümid edirik ki, bütün ölkədən valideynlər digər valideynləri həvəsləndirmək məqsədilə öz məşğələlərini və yeni ideyalarını paylaşaraq, övladları ilə birlikdə keçirdikləri müxtəlif fəaliyyətləri əks etdirən qısa videoları və ya təsvirləri #LearningAtHome, #ÖvladımlaEvdə heşteqlərin-dən istifadə edərək dərc edəcəklər”, - deyə Edvard Karvardin əlavə etmişdir.
Bundan başqa, Təhsil Nazirliyininhttps://edu.gov.azvə Azərbaycan Təhsil İnstitutununwww.ilk5il.az/az/indexveb-saytlarında uşaqların ev şəraitində fəaliyyətlərinin və təhsilinin təşkilində valideynlərə köməklik göstərmək üçün UNICEF-in yeni resursları yerləşdiriləcək.
banner

Oxşar Xəbərlər