• cümə axşamı, 28 mart, 17:31
  • Baku Bakı 16°C

UNESKO-dan ermənilərə ZƏRBƏ: “Sarı gəlin” Azərbaycan musiqisidir

23.05.19 10:52 762
UNESKO-dan ermənilərə ZƏRBƏ: “Sarı gəlin” Azərbaycan musiqisidir
"Ermənilərin Azərbaycan xalq mahnısı olan "Sarı gəlin"i öz adlarına çıxmaq cəhdləri əsassızdır və nəticəsi olmayacaq".
Bunu Türkiyənin UNESKO üzrə Milli Komissiyasının sədri, professor Öcal Oğuz bildirib.
Onun sözlərinə görə, əsrlərdən bəri türk xalqlarının ortaq dili, mədəniyyəti olub: "Bunların sırasında "Dədə Qorqud", "Koroğlu", "Qaracaoğlan" dastanlarını, muğamları, şərqiləri, türküləri qeyd etmək olar. Əgər ermənilər də "Sarı gəlin"i oxumaq istəyirlərsə, heç bir problem yoxdur. Lakin nəyinsə özünün olduğunu iddia etmək üçün onun mənşəyini bilmək lazımdır. "Sarı gəlin" Azərbaycanın musiqisidir, sözləri türkcədir, yəni bizim hekayəmizdir, bizim şeirimizdir". (Report.az)
banner

Oxşar Xəbərlər