Ulduzum: Bakcell Azərbaycanın ən geniş miqyaslı loyallıq proqramını həyata keçirir
01.08.18 17:55
1940
Bakcell şirkətinin
"Ulduzum” Loyallıq Proqramı 240-dan artıq yerli və beynəlxalq tərəfdaş tərəfindən
470-dən artıq satış və xidmət nöqtəsində təklif olunan eksklüziv endirimlər,
imtiyazlar və müxtəlif üstünlükləri təqdim edir. Bu proqramın istifadəçiləri
seçilmiş restoranlar, otellər, nüfuzlu geyim, parfumeriya və elektronika
mağazaları ilə yanaşı, sağlamlıq, idman və əyləncə mərkəzləri, ən populyar
kinoteatrlar, banklar, kitab dükanları, kabel televiziyası və digər xidmət növlərini
təmin edən təchizatçıların təklif etdiyi kampaniyalar və endirimlərdən
yararlanmaq imkanına malikdirlər. Həmçinin, proqram çərçivəsində hətta beynəlxalq
hava nəqliyyatı şirkətlərindən endirim və "millər” belə qazanmaq mümkündür.
Bundan əlavə, "Ulduzum” istifadəçilərinə 2000-dən çox eManat ödəniş
terminalından xüsusi təklif və bonuslardan istifadə etmək fürsəti verilib.
Bu günə kimi
Bakcell abunəçilərinin 2.8 milyon nəfəri proqramın təqdim etdiyi 240-dan artıq
biznes tərəfdaşın xidmətlərindən yararlanmaq üçün "Ulduzum”a qoşulub. Beləliklə
də, "Ulduzum”u Azərbaycanda ən geniş miqyaslı loyallıq proqram adlandırmaq
olar. Artıq 5 ildir ki, Azərbaycanda ən uğurlu loyallıq proqramlarından olan
"Ulduzum”dan söz açan "Bakcell”in baş marketinq direktoru Todor Dimitrovski
proqramın bu nailiyyətini "Bakcell”in öz abunəçilərinə qarşı səmimi olması və
onlara yüksək dəyər verməsi ilə izah edir: "Bakcell üçün "Ulduzum” proqramı
müştərilərimizə təkcə böyük endirimlər və imtiyazlar verməkdən ibarət deyil.
Biz bununla həm də dəyərli abunəçilərimizin gündəlik həyatına rahatlıq gətirməyə
çalışırıq. Məqsədimiz sadədir: ölkənin ilk və ən innovativ mobil operatoru ilə
onun böyük və dəyərli müştəri ailəsi arasında loyallıq, etibar və şəffaflığa əsaslanan
möhkəm münasibətlərin qurulması”. "Bakcell” abunəçiləri yüzlərlə "Ulduzum” tərəfdaşının eksklüziv
endirim və imtiyazlarından yararlanır Baxmayaraq
ki, bazarda kifayət qədər alternativlər var, biz adətən hansısa məhsul və ya
xidməti seçərək başqa məhsul və xidmətlərə fikir belə vermədən onu illər boyu
istifadə edirik. Maraqlıdır, istehlakçının müəyyən brendə sadiq və ya başqa
sözlə desək loyal qalmasında hansı əsas faktorlar rol oynayır? Təbii ki, bu
faktorların siyahısına qiymət, keyfiyyət, status və s. kimi amillər daxildir,
lakin loyallıq proqramlarının bu məsələdə rolu olduqca böyükdür. Dünyanın ən
iri və nüfuzlu şirkətləri belə öz müştərilərinə cəlbedici loyallıq proqramları
təklif etməklə onların rəğbətini qazanmağa çalışır. Bu ənənəyə Azərbaycanda da
bir çox brendlər tərəfindən riayət olunur.
Yerli bazarda
ən böyük və cəlbedici loyallıq proqramlarından birinin məhz ölkənin ilk mobil
operatoru olan Bakcell tərəfindən həyata keçirilməsi də təsadüfi deyil. Şirkətinin
əsas prioritetlərindən biri mobil rabitə xidmətlərini hamı üçün əlçatan və rahat
etməklə yanaşı müştərilərin bir çox şəxsi və biznes ehtiyaclarını
qarşılamaqdır. Bu strategiya çərçivəsində Bakcell şirkəti geniş miqyaslı
"Ulduzum” müştəri loyallığı proqramını uğurla həyata keçirir. Bu proqram
Bakcell abunəçilərinə geniş imkanlar və xüsusi üstünlüklər vermək üçün
yaradılıb. ""Ulduzum”la
mən özümü imtiyazlı müştəri kimi hiss edirəm” Bəs abunəçilər
proqram haqqında nə fikirləşir? Bu sualı "Bakcell”in loyallıq proqramının ən
aktiv istifadəçilərindən biri olan Səbinə Sultanovaya verdik.
Neft şirkətlərinin
birində çalışan Səbinə xanım deyir ki, ”Ulduzum”un yarandığı ilk günlərdən - 2013-cü ildən başlayaraq bu
proqramdan istifadə edir. "Bu proqramdan çox məmnunam.
"Ulduzum” sayəsində "Bakcell”in yüzlərlə partnyoru tərəfindən təqdim
olunan ən geniş çeşidli endirim və kampaniyalardan yararlanmaq olur.
"Ulduzum”dan istifadə etmək təkcə böyük məbləğlərdə qənaət etmək fürsəti demək
deyil, həm də dəyərli hədiyyələr və hətta böyük prizlər qazanmaq imkanı deməkdir
ki, bu da olduqca maraqlı və həyəcanlı bir prosesdir. Mən əsasən uşaqların əylənməsi
üçün "Wonderland” və "Megafun” əyləncə mərkəzlərində, uşaq geyim mağazalarında
və həmçinin hesab.az saytında ödəniş zamanı təqdim olunan endirimlərdən
yararlanıram. Bundan əlavə, "Ulduzum”un "SilkWay” ilə birgə həyata keçirdiyi
kampaniya sayəsində "Miles” kartlarına 20%-dək endirim və əlavə "millər”
qazanıram. Bu milləri isə bildiyiniz kimi real uçuşlara çevirmək olar. Digər
misal isə "İdeal” mağazasıdır, orada mən "Ulduzum” Premium istifadəçi olduğum
üçün 15% qədər endirim əldə edirəm və bütün bunlar proqramı mənim üçün əvəzedilməz
edir. Onu da deyim ki, iş yoldaşlarımın böyük əksəriyyəti "Ulduzum”un aktiv
istifadəçiləridir və proqram üçün xüsusi yaradılmış mobil əlavə istifadəni daha
da rahat və əlçatan edir”, deyə Səbinə xanım əlavə edir.
"Ulduzum”un daha bir özəlliyi ondadır ki,
proqramdan təkcə Bakcell abunəçiləri yox, həm də endirim təqdim edən tərəfdaşlar
faydalanır. Bu proqramın sayəsində onlar 3 milyona qədər Bakcell abunəçisinin həm
də onların xidmətindən yararlanmasını və müştəri loyallığı təmin etmiş olurlar.
"L`Occitane brendi Bakcell ilə 2014-cü
ildən əməkdaşlıq edir. Ulduzum və Ulduzum Premium abunəçiləri endirimdə olan məhsullar
istisna olmaqla hər bir alış-verişə 10% endirimdən yararlanmaq imkanına
malikdir. Qeyd edim ki, müştərilərimiz
bu proqramdan çox məmnundurlar və aktiv şəkildə istifadə edirlər. Hətta bu
endirimlərdən xəbəri olmayan müştərilərə bizim personal tərəfindən məlumat
verilir. Əminliklə deyə bilərəm ki, Ulduzum
proqramı çox faydalı və düzgün düşünülmüş bir layihədir. Proqramın L`Occitane
müştəriləri arasında populyar olmağın səbəblərindən biri isə marketinq tədbirlərinin
yüksək səviyyədə aparılmasıdır.
L`Occitane brendinin Bakcell ilə əməkdaşlığın üstünlükləri - brendimizin Bakcell abunəçiləri arasında
tanıdılması və müştəri axının yüksəlməsidir. Buna görə, Biz bu əməkdaşlıqdan məmnunuq
və gələcəkdə bundan da uğurlu birgə layihələrə imza atmağa ümid edirik”, deyə
Bakcell "Ulduzum”un ən uzunmüddətli tərəfdaşı olan L`Occitane mağazasının
marketinq meneceri Gülşən Kərimova bildirir.
Bakcell şirkətinin
uğurlu tərəfdaşları arasında ölkənin ən nüfuzlu bankı olan Xalq Bank da
mövcuddur. Xalq Bankın Reklam və İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Elşən
Eynullayev isə "Ulduzum” proqramının uğurlu olmasını müştərilər arasında
"Bakcell”ə böyük inam, Xalq Banka isə dərin etibarı ilə izah elədi. "Azərbaycanın ilk mobil operatoru ilə "Xalq
Bank”ın əməkdaşlığı 2006-cı ildən davam
edir. Biz artıq 13 ilə yaxındır ki, qarşılıqlı faydalı tərəfdaşlıq edirik və əminik
ki, bu tərəfdaşlıq gələcəkdə daha da inkişaf edəcək. Biz daim fərqli aksiya və
kampaniyalar təşkil edirik ki, xidmətlərimiz müştərilər üçün həm rahat, həm də əlverişli
olsun. Bu aksiyalar zamanı müştərilərimizə minlərlə hədiyyə, milyonlarla pulsuz
danışıq dəqiqələri qazandırmışıq, onlarla müştərimiz ölkədaxili və xarici səyahət-istirahət
paketləri qazanıblar.
Xalq Bankın Reklam və İctimaiyyətlə
Əlaqələr şöbəsinin rəisi Elşən Eynullayev
Bank
sektorunda rəqabətlilik artdıqca mövcud müştərilərin loyallığını qorumaq və
yeni müştəriləri cəlb etmək çətinləşir. Təcrübə göstərir ki, bu cür proqramlar
müştərilərin məmnunluğunu artıran olduqca səmərəli alətdir. "Ulduzum”
proqramının xidmət və satış sahələrini əhatə edən geniş tərəfdaş şəbəkəsi
mövcuddur, müştərilər də xidmətlərimizdən istifadə etməklə bu şəbəkədə çoxsaylı
endirimlərdən faydalanırlar. Hər yeni aksiya
və kampaniya əvvəlkindən daha uğurlu və cəlbedici olur – təbii ki, bu da müştərilərin
"Ulduzum” proqramına yüksək rəğbət, Bakcell şirkətinə böyük inam, Xalq Banka dərin
etibarının nümunəsidir.
"Ulduzum” -
insanlar üçün dəyər yaradan bir brenddir və bu proqramla əməkdaşlığımız "Xalq
Bank”ın müştərilərini məmnun edir – bizim üçün bu çox vacibdir. Bankımız ölkənin
aparıcı özəl banklarından biridir. Biz müştərilərə ən yüksək standartlara cavab
verən xidmət və məhsullar təqdim edirik. Biz Azərbaycan iqtisadiyyatının bütün
sahələrinin liderləri ilə uğurla tərəfdaşlıq edirik. Bakcell öz zəngin tarixi, nəhəng abunəçi bazası,
qüsursuz reputasiyası və yüksək imici ilə Xalq Bank üçün olduqca dəyərli tərəfdaşdır.
Əminik ki, "Ulduzum” proqramı bizi öz mütərəqqi addımları ilə hələ çox sevindirəcək!”- deyə E.
Eynullayev bildirdi.
"Ən yaxşı
istehlakçı xidmətləri” mükafatı
Qeyd edək ki,
proqramın uğurları hətta beynəlxalq səviyyədə belə diqqətsiz qalmayıb. Belə ki,
2015-ci ildə "Ulduzum” loyallıq proqramı Yaxın Şərq, Mərkəzi və Cənubi Asiya və
Şimali Afrika ölkələrində telekommunikasiya sahəsində "Ən yaxşı istehlakçı xidməti”
adına layiq görülüb. Mükafat nüfuzlu "Telecoms World Middle East Awards 2015” tərəfindən
müxtəlif ölkələrdən olan və telekommunikasiya sahəsində fəaliyyət göstərən şirkətləri
təmsil edən 250 namizəd arasında seçim vasitəsilə təqdim olunub.
"Ulduzum”
proqramına necə qoşulmaq olar? Hər bir
Bakcell müştərisi "Ulduzum”a qoşula bilər. Bunun üçün heç bir abunə haqqı tələb
edilmir. Loyallıq proqramında iştirak etmək üçün "1” rəqəmini 5555 nömrəsinə
SMS vasitəsilə göndərmək kifayətdir. Həmçinin, proqramdan istifadəni daha da
rahat etmək üçün yaradılmış "Ulduzum” mobil əlavəsi iOS və Android
platformalarında çalışan cihazlar üçün www.ulduzum.azsaytından yüklənilə bilər.