• şənbə, 20 Aprel, 11:07
  • Baku Bakı 14°C

Ulduz müğənninin Bakı arzuları

16.04.14 12:51 1388
Ulduz müğənninin Bakı arzuları
APA-nın məlumatına görə, bunu Bakıda keçirdiyi mətbuat konfransında rus estradasının tanınmış müğənnisi Valeriya deyib. Valeriya qeyd edib ki, aprelin 17-də Heydər Əliyev sarayında böyük konsert proqramı ilə çıxış edəcək: “Əslində çoxdankı arzum idi ki, Bakıdakı pərəstişkarlarımın qarşısına çıxım. Sevinirəm ki, bu, məhz mənim doğum günümdə baş tutdu. Bakıya gəlməyim birinci dəfə deyil, amma hər dəfə gələndə bu şəhəri sevirəm. Konsertdə mənim yeni və köhnə repertuarımdan olan müxtəlif mahnılarım səslənəcək. İnanıram ki, pərəstişkarlarım məmnun qalacaqlar”.
Qeyd edək ki, konsert “Buta Production”un təşkilatçılığı ilə keçiriləcək. Valeriyanı səhnədə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri və Xor Kapellası müşayiət edəcək.
banner

Oxşar Xəbərlər