• cümə, 29 Mart, 10:07
  • Baku Bakı 5°C

Ukraynanın yeni prezidenti antiterror əməliyyatlarından danışdı

26.05.14 11:28 916
Ukraynanın yeni prezidenti antiterror əməliyyatlarından danışdı
Ukraynada keçirilən prezident seçkilərində qalib gələn Pyotr Poroşenko ilk səfərini gərginliyin hökm sürdüyü Donbass regionuna edəcəyini açıqlayıb.
APA-nın “İnterfaks-Ukraina” agentliyinə istinadən verdiyi məlumata görə, P. Poroşenko minlərlə Krım sakini və yüz minlərlə Donbass sakinlərinə prezident seçkisində iştirak etdikləri üçün təşəkkür edib: “Biz qəti əminliklə deyə bilərik ki, bütün Ukrayna səs verdi. Bu, bütün Ukraynanın seçimidir”.
P. Poroşenko ölkənin şərqində keçirilən antiterror əməliyyatının bundan sonra daha effektiv olacağını söyləyib: “Antiterror əməliyyatı kardinal şəkildə dəyişəcək. Daha effektiv və qısa olacaq. Qüvvələrin təchizatı və maaşları da kardinal şəkildə dəyişikliyə məruz qalacaq”.
Qeyd edək ki, Ukrayna Mərkəzi Seçki Komissiyası protokolların 50 faizindən çoxunu sayıb. P. Poroşenko 53,86% səs toplayıb.
banner

Oxşar Xəbərlər