• şənbə, 20 Aprel, 07:01
  • Baku Bakı 14°C

Ukraynanın Ali Radası hökumətlə bacarmadı

03.12.13 13:55 1242
Ukraynanın Ali Radası hökumətlə bacarmadı
Ukraynanın Ali Radası hökumətə inamsızlıq votumu məsələsini müzakirə edib. Milli.Az UNİAN-a istinadən bildirir ki, baş nazir Nikolay Azarovun rəhbərliyi ilə hökumət tam heyətlə parlamentə gəlib. Müxalifətçi deputatlar nazirləri "Ar olsun!" qışqırtıları ilə qarşılayıblar.
Baş nazir çıxışına ötən həftənin şənbə günü "Avromaydan"dakı aksiyanın zorla dağıdılmasına görə üzr istəməklə başlayıb.
Ali Rada baş nazir Nikolay Azarovun rəhbərlik etdiyi hökuməti istefaya yollamağı bacarmayıb. Hökumətə etimadsızlıq votumu qərarını 186 parlamentar dəstəkləyib. Qərarın qəbulu üçün minimal say 226 nəfərdir. İqtidardakı Regionlar Partiyasının parlament fraksiyasından bir nəfər də qərar layihəsini dəstəkləməyib.
Ukrayna Kommunist Partiyasından olan deputatlar səsverməyə qatılmayıblar. Kommunistlər hökumətin istefası ilə bağlı alternativ qanun layihəsi hazırlayıblar. Müxalifətdəki "Batkivşina" partiyasının lideri Arseni Yasenyuk kommunistləri dəstəkləyəcəklərini bildirib.
banner

Oxşar Xəbərlər