AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Ukraynada matəm elan olunub

Ukraynada matəm elan olunub

Təfsilat
08 Dekabr 2019, 11:30 258
Odessada kollecdə baş verən yanğın nəticəsində ölənlərin sayı 8-ə çatıb.
 
AZƏRTAC xəbər verir ki, bu barədə Odessa vilayəti polisinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, dekabrın 4-də baş verən yanğının söndürülməsi zamanı xəsarət alan 1976-cı il təvəllüdlü xilasedicinin həyatını qurtarmaq mümkün olmayıb.
Daha səkkiz nəfərin taleyi isə naməlum olaraq qalır. Yanğın baş verən kollecdə itkin düşənlərin axtarışları davam edir. Yanğın nəticəsində 30-a yaxın insan xəsarət alıb.
 
Ukrayna Prezidenti Vladimir Zelenski baş verən faciə ilə bağlı dekabrın 8-də ölkə üzrə matəm elan edilməsinə dair sərəncam verib.
Qeyd edək ki, dəhşətli yanğına səbəb kimi elektrik naqillərinin qısaqapanması göstərilir. Faktla bağlı cinayət işi açılıb.