• cümə axşamı, 25 aprel, 15:11
  • Baku Bakı 23°C

Ukraynada koronavirusa daha 10 yoluxma halı qeydə alındı

24.03.20 13:15 1044
Ukraynada koronavirusa daha 10 yoluxma halı qeydə alındı
Ukrayna Səhiyyə Nazirliyi son sutka ərzində koronavirusa 10 yeni yoluxma halı qeydə alıb.
Trend-in məlumatına görə, bu barədə ölkənin səhiyyə nazirinin müavini Viktor Lyaşko açıqlama verib.
"İlkin məlumata görə, bizdə daha 10 yeni koronavirusa yoluxma hadisəsi var", - Nazir müavini ICTV telekanalının efirində deyib.
Beləliklə, Ukraynada koronavirusa yoluxanların sayı 73-dən 83-ə yüksəlib, onlardan üçü ölüb, bir nəfər sağalıb.
banner

Oxşar Xəbərlər