• cümə, 19 Aprel, 21:08
  • Baku Bakı 24°C

Ukraynada azərbaycanlı döyüşçü həlak olub

16.08.22 17:00 901
Ukraynada azərbaycanlı döyüşçü həlak olub

Ukraynada döyüşlərdə azərbaycanlı döyüşçü həlak olub.

Ukraynanın Zaparoje vilayətinin Azərbaycanlılar Konqresinin sədri Vahid Təhməzovun "Report"un Şərqi Avropa bürosuna verdiyi məlumata görə, bu, əslən Zəngilan rayonundan olan, Ukraynada "Gürcü legionu"nun əsgəri Ağalarov Elşad Ağalar oğludur.

O, Donetsk vilayəti istiqamətində həlak olub. V.Təhməzov bildirib ki, hazırda konqres onun cənazəsinin Azərbaycana göndərilməsi məsələləri ilə məşğuldur.

banner

Oxşar Xəbərlər