• şənbə, 20 Aprel, 05:27
  • Baku Bakı 15°C

Ukraynada altı ay ərzində əhali 143,1 min azalıb

20.08.19 12:51 12251
Ukraynada altı ay ərzində əhali 143,1 min azalıb
Bu ilin altı ayı ərzində Ukrayna əhalisinin sayı 143,1 min nəfər azalıb.
AZƏRTACUkraynanın Dövlət Statistika Xidmətinin məlumatına istinadla xəbər verir ki, iyulun 1-nə olan statistik məlumatda ölkə əhalisinin sayı 42 milyon 10 min nəfər göstərilir. Ölkədə hər 100 nəfərin ölümü müqabilində cəmi 49 doğuş qeydə alınıb. Yanvarın 1-nə olan göstəricidə isə Ukraynada 42 milyon 153 min 2 nəfər əhali olub.
Qeyd edək ki, Ukraynada əhalinin azalma tendensiyası bir neçə ildir davam edir. Beynəlxalq Valyuta Fondunun proqnozuna görə, 2024-cü ildə Ukraynada əhalinin sayı 41 milyon 47 min nəfər olacaq. Bu da o deməkdir ki, 6 ildə ölkə əhalisinin sayı 1 milyon azalacaq. Təkcə 2018-ci ildə Ukrayna əhalisi 233 min azalıb.
banner

Oxşar Xəbərlər