• cümə, 29 Mart, 11:37
  • Baku Bakı 5°C

Ukrayna öz ərazisində NATO təlimlərinin artmasını istəyir

03.12.20 09:15 359
Ukrayna öz ərazisində NATO təlimlərinin artmasını istəyir
Ukrayna hökuməti öz ərazilərində NATO ilə daha çox birgə təlim keçirmək niyyətindədir.
APA"RİA Novosti”yə istinadən xəbər verir ki, bunu ölkənin xarici işlər naziri Dmitri Kuleba bildirib.
"Qara dənizdə təhlükəsizliyin təmin olunmasında NATO-nun daha çox iştirakı olacaq. Mən onu da dedim ki, Ukrayna alyansla daha çox qarşılıqlı iş görmək və Ukrayna ərazilərində daha çox NATO təlimləri keçirmək istəyir”, - deyə Kuleba Ukrayna və Gürcüstanın iştirakı ilə xarici işlər nazirləri səviyyəsində NATO-nun Şimali Atlantika Şurasında iclasın yekunu barədə danışarkən qeyd edib.

Nazir onu da bildirib ki, Ukrayna hələ də NATO üzvü olmağa çalışır.
banner

Oxşar Xəbərlər