• cümə axşamı, 25 aprel, 09:39
  • Baku Bakı 14°C

Ukrayna XİN: Azərbaycanla strateji tərəfdaşlığın daha da inkişafı üçün çalışırıq

28.05.21 13:15 353
Ukrayna XİN: Azərbaycanla strateji tərəfdaşlığın daha da inkişafı üçün çalışırıq
Ukrayna Xarici İşlər Nazirliyi (XİN) 28 May - Respublika Günü münasibətilə Azərbaycanı təbrik edib.
APA-nın xəbərinə görə, bu barədə Ukrayna XİN-in "Twitter" hesabında qeyd olunub.
"Respublika Günü münasibətilə Azərbaycana səmimi təbriklərimizi çatdırırıq. Dost Azərbaycan xalqına və Azərbaycan XİN-də çalışan həmkarlarımıza sülh, uğur və firavanlıq diləyirik. Biz Azərbaycan və Ukrayna arasında strateji tərəfdaşlığın daha da inkişafı üçün çalışırıq. Respublika Gününüz mübarək!", - deyə qeyd olunub.
banner

Oxşar Xəbərlər