• cümə, 29 Mart, 15:48
  • Baku Bakı 14°C

Ukrayna Qələbə gününü qeyd etməkdən imtina edib

29.02.20 11:45 561
Ukrayna Qələbə gününü qeyd etməkdən imtina edib
Ukrayna hökuməti 9 May Qələbə gününü qeyd etmək niyyətində deyil.
APA-nın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bunu "Ukrayna 24"telekanalına müsahibəsində Ukraynanı Xarici İşlər naziri Vadim Pristayko deyib.
"Bizim mövqeyimiz olduğu kimi qalır – xeyr, biz 9 Mayı qeyd etmək niyyətində deyilik. Biz, bütün Avropa qitəsi kimi, 75 il sonra bu faciənin niyə baş verdiyini anlamağa və bir-birimizi bağışlamağa hazırıq. Hesab edirik ki, qeydetmə məhz bu istiqamətdə getməlidir", - deyə nazir bildirib.
Qeyd edək ki, Ukraynada 8 may tarixi anım və barışıq günüdür. Bu bayramı 2015-ci ilin mart ayında təsis edilib. Beləliklə, ölkə faktiki olaraq Qərbi Avropa modelinə – nasist Almaniyası üzərində qələbəni qeyd etmək ənənəsinə qoşuldu. Buna baxmayaraq, Ukraynada 9 may tarixi qeyri-iş günüdür, lakin müharibənin sona çatması ilə bağlı bütün rəsmi tədbirlər mayın 8-də keçirilir.
Xatırladaq ki, 2015-ci ilin may ayından Ukraynada sovet rəmzlərinin təbliğini qadağan edən "Kommunist və nasist rejimlərinin məhkum edilməsi haqqında" qanun qüvvəyə minib.
banner

Oxşar Xəbərlər