• cümə, 19 Aprel, 09:07
  • Baku Bakı 13°C

Ukrayna Müdafiə Nazirliyində daha bir oğurluq sxemi ifşa edilib

03.02.23 14:46 471
Ukrayna Müdafiə Nazirliyində daha bir oğurluq sxemi ifşa edilib

Ukrayna Təhlükəsizlik Xidməti (UTX) ölkənin Müdafiə Nazirliyində daha bir oğurluq sxemini ifşa edib.

Kaspi.az xəbər verir ki, bu barədə məlumat UTX-nin rəsmi internet səhifəsində dərc edilib.

 

Qeyd olunub ki, dəymiş ziyanın ümumi məbləği 119.5 milyon qrivnadan (3.2 milyon dollardan) çoxdur.

“Ukrayna hərbçilərinin qidalanması üçün ayrılan vəsaitin oğurlanması ilə bağlı daha bir irimiqyaslı sxem üzə çıxıb və Müdafiə Nazirliyinin rəsmiləri bu oğurluqda iştirak edib”, - xidmət bildirib.

Məlumatda deyilir ki, Ukrayna Silahlı Qüvvələri hərbçilərinin yerləşdirildiyi ərazilərə iri ərzaq partiyalarının tədarükünü təmin etmək məqsədilə Müdafiə Nazirliyinin bir qrup vəzifəli şəxsi bir neçə kommersiya şirkətinin rəhbərləri ilə müqavilələr bağlayıb.

Ayrılan büdcə vəsaitləri isə müvafiq xidmətlərin göstərilməsi üçün istehsalat bazası və texnoloji avadanlığı olmayan müəssisələrin hesabına köçürülüb.

İşlə bağlı həmin şirkətlərin rəhbərlərinə və MN əməkdaşlarına qarşı “vəzifə səlahiyyətlərindən sui-istifadə edərək mənimsəmə” maddəsi ilə ittiham irəli sürülüb, araşdırma aparılır.

banner

Oxşar Xəbərlər