• cümə, 29 Mart, 13:40
  • Baku Bakı 14°C

Ukrayna MDB çərçivəsində bağlanmış bir neçə sazişdən çıxıb

13.08.20 13:30 669
Ukrayna MDB çərçivəsində bağlanmış bir neçə sazişdən çıxıb
Ukrayna Nazirlər Kabineti Müstəqil Dövlətlər Birliyi (MDB) çərçivəsində sərhəd məsələləri və mədəniyyət sahəsində əməkdaşlığa dair daha bir neçə sazişi pozub.
AZƏRTACxəbər verir ki, müvafiq qərarlar Ukrayna hökumətinin dünənki iclasında qəbul edilib.
Hökumət mədəniyyət sahəsində əməkdaşlıq haqqında sazişin denonsasiyası barədə təklifi dəstəkləyib, habelə MDB üzvü olan ölkələrin Mədəni Əməkdaşlıq Şurasının yaradılmasına dair sazişdən çıxmaq haqqında qərar qəbul edib.
Ukrayna Prezidenti Vladimir Zelenskinin Sərhəd Qoşunları Komandanları Şurasından çıxması barədə fərman layihəsi də bəyənilib.
banner

Oxşar Xəbərlər