• cümə, 19 Aprel, 21:24
  • Baku Bakı 24°C

Ukrayna ilə İsrail arasında beş ildir müzakirə edilən saziş imzalanıb

22.01.19 11:30 439
Ukrayna ilə İsrail arasında beş ildir müzakirə edilən saziş imzalanıb
Ukrayna Prezidenti Petro Poroşenkonun İsrailə rəsmi səfəri çərçivəsində 2013-cü ildən müzakirəsinə başlanılan iki ölkə arasında azad iqtisadi və ticarət zonasına dair saziş imzalanıb.
AZƏRTACyerli mətbuata istinadla xəbər verir ki, sazişi Ukrayna tərəfdən imzalayan Baş nazirin birinci müavini Stepan Kubiv azad iqtisadi zonaya dair sazişin imzalanmasının ölkəsinin mallarının geniş bazarlara çıxarılması üçün əlavə imkanlar yaradacağını bildirib.
Saziş qüvvəyə mindikdən sonra Ukrayna və İsrail məhsullarının 70-80 faizinin idxalına tətbiq edilən rüsumlar aradan qaldırılacaq. Eyni zamanda, bu saziş Ukraynada sənaye istehsalının modernləşdirilməsinə və əlavə dəyərin artmasına kömək edəcək.
Qeyd edək ki, bununla da Ukraynanın azad iqtisadi zona yaratdığı ölkələrin sayı 46-ya çatıb.
banner

Oxşar Xəbərlər