Ukrayna əhalisi son iki ildə 3 milyon nəfər azalıb

Ukrayna əhalisi son iki ildə 3 milyon nəfər azalıb

Təfsilat
19 Sentyabr 2019, 13:30 93
Bu ilin yanvar-iyul ayları ərzində Ukrayna əhalisinin sayı 162,9 min nəfər azalıb.
AZƏRTAC Ukraynanın Dövlət Statistika Xidmətinin məlumatına istinadla xəbər verir ki, avqustun 1-i vəziyyətinə ölkə əhalisinin sayı 41 milyon 990,3 min nəfər göstərilir. Bu, son iki ildə Ukrayna əhalisinin 3 milyon nəfər azalması deməkdir. 2017-ci ilin statistikasında Ukrayna əhalisi 44,83 milyon nəfər olub. Ölkədə hər 100 nəfərin ölümü müqabilində cəmi 51 doğuş qeydə alınıb. Yanvarın 1-nə olan göstəricidə isə Ukraynada 42 milyon 153 min əhali olub.
Qeyd edək ki, Ukraynada əhalinin azalma tendensiyası bir neçə ildir davam edir. Beynəlxalq Valyuta Fondunun proqnozuna görə, 2024-cü ildə Ukraynada əhalinin sayı 41 milyon 47 min nəfər olacaq. Təkcə 2018-ci ildə Ukrayna əhalisi 233 min nəfər azalıb.