AZE | RUS | ENG |

Ukrayna əhalisi azalmaqda davam edir

Ukrayna əhalisi azalmaqda davam edir
Bu ilin beş ayı ərzində Ukrayna əhalisinin sayında 122,4 min nəfərə yaxın azalma müşahidə edilib.
AZƏRTAC Ukraynanın Dövlət Statistika Xidmətinin məlumatına istinadla xəbər verir ki, iyunun 1-nə olan statistikaya əsasən hazırda Ukrayna əhalisinin sayı 42 milyon 30 min nəfərdir. Ölkədə hər 100 nəfərin ölümü müqabilində cəmi 49 doğuş qeydə alınıb.
Qeyd edək ki, Ukraynada əhalinin azalma tendensiyası bir neçə ildir davam edir. Beynəlxalq Valyuta Fondunun proqnozuna görə, 2024-cü ildə Ukraynada əhalinin sayı 41 milyon 47 min nəfər olacaq. Bu da o deməkdir ki, 6 ildə ölkə əhalisinin sayı 1 milyon azalacaq.




Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8856
GEL 1 1 Gürcüstan larisi 0.5846
GBP 1 1 İngiltərə funt sterlinqi 2.0666
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1759
CHF 1 1 İsveçrə frankı 1.7355
KWD 1 1 Küveyt dinarı 5.5864
TRY 1 1 Türkiyə lirəsi 0.3045