• cümə, 29 Mart, 19:03
  • Baku Bakı 14°C

Ukrayna daha bir vilayətini itirir - Video

28.04.14 09:49 1045
Ukrayna daha bir vilayətini itirir - Video
AzNews.az-ın xəbərinə görə, ölkənin cənub vilayətinin mərkəzi şəhəri olan Luqanskda səhər saatlarına qədər davam edən mitinqdə “Luqansk Xalq Respublikası”nın yaradıldığını elan ediblər. Rusiyameyilli separatçı qüvvələrin keçirdiyi mitinqdə bildirlib ki, mayın 11-də vilayət miqyasında referendum keçiriləcək.
Referendumda seçicilər qarşısındsa “Luqansk Xalq Respublikasının dövlət müstəqilliyi aktını dəstəkləyirsinizmi?” sualı qoyulacaq. Aksiyada qeyd olunub ki, Ukrayna vilayətə hərbi müdaxilə edərsə, qondarma respublika Rusiyadan “sülhməramlı” qoşunların bölgədə yerləşdirilməsini xahiş edəcək.
Qeyd edək ki, Rusiya Krım Muxtar Respublikasını ilhaq etdikdən sonra Donetsk və Luqansk vilayətlərinin də ələ keçirilməsi prosesinə başlayıb. Artıq Donetskdə qondarma respublikanın yaradılması elan olunub.
banner

Oxşar Xəbərlər