• cümə axşamı, 18 aprel, 14:06
  • Baku Bakı 22°C

Ukrayna 8 hərbçisini itirdi

22.05.14 11:04 975
Ukrayna 8 hərbçisini itirdi
Bu barədə özünün “Facebook” səhifəsində Ukraynanın nüfuzlu hərbi eksperti, istefada olan podpolkovnik, Hərbi-Siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri Dmitri Tımçuk yazıb.
D. Tımçuk Luqansk vilayətinin Rubejnoye və Volnovaxa kəndləri yaxınlığında Ukrayna hərbçiləri ilə bir qrup terrorçu arasında toqquşma baş verdiyini yazıb. O, Volnovaxa ətrafında 8 Ukrayna hərbçisinin həlak olduğunu, 18-nin yaralandığını yazıb. Hərbi ekspert bu kəndlərin terrorçuların əsas mərkəzləri olan Slavyansk və Kramatorsk şəhərlərindən xeyli uzaqda yerləşdiyini söyləyərək antiterror əməliyyatına rəhbərlik edən Ukrayna zabitlərini tənqid edib./apa/
banner

Oxşar Xəbərlər