• cümə, 29 Mart, 12:12
  • Baku Bakı 14°C

UFC qadınların yüngül çəki dərəcəsində döyüşlərini dayandırmağı planlaşdırır

20.06.20 19:15 870
UFC qadınların yüngül çəki dərəcəsində döyüşlərini dayandırmağı planlaşdırır
Mütləq Döyüş Çempionatı (UFC) braziliyalı Amanda Nunesin karyerası başa çatacağı təqdirdə qadınların yüngül çəki dərəcəsində döyüşlərini dayandırmağı planlaşdırır.
AZƏRTACxəbər verir ki, bu barədə "MMA Fighting” portalında məlumat verilib.
Braziliyalı qadın döyüşçü iki çəkidə - yarım yüngül və yüngül çəkilərdə çempiondur. O, ilk kəmərinə 2016-cı ildən, ikincisinə 2018-ci ildən sahibdir. Daha əvvəl isə idmançı ailə vəziyyətinə görə, çıxışına fasilə verib.
A.Nunes son döyüşünü iyunun 7-də kanadalı idmançıya qarşı keçirib. Belə ki, braziliyalı döyüşçü Felicia Spenceri məğlub edərək yarım yüngül çəkidə UFC çempionu titulunu müdafiə edib. "UFC 250” turnirinin əsas yarışı olan bu döyüş Las-Veqasda koronavirus pandemiyası səbəbindən azarkeşsiz keçirilib.
A.Nunesin aktivində 20 qələbə, 4 məğlubiyyət var.
banner

Oxşar Xəbərlər