• bazar ertəsi, 08 sentyabr, 09:58
  • Baku Bakı 24°C

UFAZ-ın magistratura proqramlarına ONLAYN QEYDİYYAT

11.05.22 10:18 384
UFAZ-ın magistratura proqramlarına ONLAYN QEYDİYYAT

2022/2023-cü tədris ili üçün Azərbaycan Dövlət Neft və Sənaye Universiteti nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetinin (UFAZ) magistratura proqramlarına tələbə qəbulu davam edir.

Bu barədə Kaspi.az-a UFAZ-dan məlumat verilib. Bildirilib ki, UFAZ magistratura pilləsində aşağıda qeyd olunan ixtisaslar üzrə tam dövlət əsaslı təhsil təklif edir:

-Böyük verilənlər bazası və süni intellekt;

-Fiziki kimya və kimya mühəndisliyi;

-Yer elmləri.

Onlayn qeydiyyat iyunun 2-dək davam edəcək. Qəbul imtahanı iyun ayının 4-də UFAZ-ın əsas binasında keçiriləcəkdir.

Qeydiyyat üçün: https://admission.ufaz.az/en/

UFAZ-a qəbul imtahanı ingilis dilində keçiriləcək.

banner

Oxşar Xəbərlər