• cümə axşamı, 28 mart, 18:12
  • Baku Bakı 13°C

UEFA prezidenti: “O yalnız bu günü, maksimum sabahı düşünür”

27.12.20 18:15 593
UEFA prezidenti: “O yalnız bu günü, maksimum sabahı düşünür”
"Florentino Peres 30 ildir Superliqa xəyalı qurur”.
Apasport.az saytının məlumatına görə, bunu UEFA-nın prezidenti Aleksander Çeferin deyib.
O, İspaniya "Real”ının təşəbbüskarlarından olduğu Avropa Superliqasının yaradılması ideyasına sərt reaksiya verib. Çeferin Madrid təmsilçisinin prezidenti Florentino Peresi gələcəyi düşünməməkdə günahlandırıb: "Barselona”nın prezidenti postuna iki əsas namizəd isə "Bavariya”, "Yuventus” və İngiltərə klubları kimi bunun əleyhinədir. O yalnız bu günü, maksimum sabahı düşünür. Amma sonra nə olacağını fikirləşmir”.

Qeyd edək ki, Peres "Böyük beşlik” çempionatlarının 20 klubunun iştirakı ilə Superliqa yaradılmasını istəsə də, UEFA bunun əleyhinədir.
banner

Oxşar Xəbərlər