• cümə axşamı, 25 aprel, 09:15
  • Baku Bakı 14°C

UEFA ötən mövsümün ən yaxşı futbolçusu adına namizədləri açıqlayıb

12.08.22 17:45 384
UEFA ötən mövsümün ən yaxşı futbolçusu adına namizədləri açıqlayıb

UEFA ötən mövsümün ən yaxşı futbolçusu adına namizədlərin qısaldılmış siyahısını açıqlayıb.

Kaspi.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, siyahıda 3 oyunçu yer alıb. Bunlar İspaniya "Real Madrid"inin qapıçısı Tibo Kurtua və hücumçusu Kərim Benzema, İngiltərənin "Mançester Siti" klubunun yarımmüdafiəçisi Kevin de Brüynedir.

Qeyd edək ki, qalibin adı avqustun 25-də Çempionlar Liqasının qrup mərhələsinin püşkatma mərasimində açıqlanacaq. Tədbir Türkiyənin İstanbul şəhərində baş tutacaq.

banner

Oxşar Xəbərlər