• cümə axşamı, 18 aprel, 07:56
  • Baku Bakı 12°C

UEFA avrokuboklar mövsümünü avqustda başa vurmağı planlaşdırır

30.03.20 10:30 811
UEFA avrokuboklar mövsümünü avqustda başa vurmağı planlaşdırır
Avropa Futbol Assosiasiyaları Birliyi (UEFA) avqust ayında Çempionlar Liqası və Avropa Liqasının final oyunlarını keçirmək niyyətindədir.
Trend-in məlumatına görə, bu barədə "Sunday Times" qəzeti bildirib.
Məlumata əsasən, UEFA maliyyə səbəblərinə görə mövsümü vaxtından əvvəl bitirmək niyyətində deyil, İngiltərədəki televiziya hüquqlarının satışından əldə edilən gəlir itkisi təxminən 840 milyon avro olacaq. Avqustda mövsümün sona çatması UEFA-nı növbəti mövsümdəki oyunların sayını azaltmağa məcbur edəcəyi qeyd olunur.
Hazırda Çempionlar Liqası və Avropa Liqasının oyunları koronavirus pandemiyası səbəbindən qeyri-müəyyən vaxta təxirə salınır. Çempionlar Liqasının finalı mayın 30-da İstanbulda, Avropa Liqası mayın 27-də Polşanın Qdansk şəhərində keçirilməli idi.
banner

Oxşar Xəbərlər