• cümə, 29 Mart, 17:54
  • Baku Bakı 14°C

Ucarda beş nəfərin ölümü ilə nəticələnən yol qəzasına görə cinayət işi başlandı

09.07.21 11:45 227
Ucarda beş nəfərin ölümü ilə nəticələnən yol qəzasına görə cinayət işi başlandı
Ucar rayonu ərazisində beş nəfərin ölümü, iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası ilə bağlı cinayət işi başlanıb.
Trend-in məlumatına görə, faktla bağlı Cinayət Məcəlləsinin 263.3-cü ( yol-istismar qaydalarını pozma, iki və daha çox şəxsin ölümünə səbəb olma) maddəsi ilə cinayət işi başlanıb.
Hazırda cinayət işi üzrə ekspertizalar keçirilir.
Qeyd edək ki, iyulun 9-da Bakı-Qazax yolunun Ucar rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. Zaqatala rayon sakini, 1970-ci il təvəllüdlü Nazim Axundovun idarə etdiyi "Vito" markalı mikroavtobus Gədəbəy rayon sakini, 1984-ci il təvəllüdlü Sərxan Abdullayevin idarə etdiyi "Howo" markalı yük maşını ilə toqquşub.
Hadisə nəticəsində sürücü N.Axundov və dörd sərnişini dünyasını dəyişib, üç nəfər isə xəsarət alıb.
banner

Oxşar Xəbərlər