• çərşənbə axşamı, 17 iyun, 06:54
  • Baku Bakı 21°C

Ucarda ağır yol qəzası olub - VİDEO

23.04.23 13:15 647
Ucarda ağır yol qəzası olub - VİDEO

Ucarda azyaşlının ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı araşdırma aparılır.

Bu barədə DİN-in Mətbuat Xidmətindən bildirilib.

​Bu gün saat 06:59 radələrində Bakı-Qazax-Gürcüstan sərhəddi avtomobil yolunun Ucar rayonunun Müsüslü kəndindən keçən 216-cı kilometrliyində, Nəsibova Səidə Nazim qızının ​ idarə etdiyi “Mercedes” markalı, 90-TE-763 dövlət qeydiyyat nişanlı avtomobil Qazax rayonu​ istiqamətində hərəkətdə olarkən sürücünün idarəetməni itirməsi nəticəsində yoldan çıxaraq aşıb.

Nəticədə, sürücünün bacısı qızı, 2014-cü il təvəllüdlü Aynişan Abdullayeva hadisə yerində həyatını itirib.

Əraziyə DYP əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.

banner

Oxşar Xəbərlər