• cümə axşamı, 28 mart, 17:42
  • Baku Bakı 16°C

Tütündən imtina et – Texno-məsləhət

30.11.19 12:52 973
Tütündən imtina et – Texno-məsləhət
Siqareti tərgitmək üçün əsl vaxtdır və bu mobil applikasiya sizə bu işdə kömək edəcək. Texno-məsləhət rubrikamızda bu dəfə "Tütündən imtina et ” tətbiqindən danışacağıq.
Applikasiyanı ilk dəfə işə salanda, siz gündə çəkilən siqaretlərin orta sayını, onların qiymətini, həmçinin tütünçəkmədən imtina etdiyiniz tarixi daxil etməlisiniz.
Bundan sonra, proqram sizin tütünçəkmədən imtina müddətinizi, çəkmədiyiniz siqaretlərin sayını, qənaət etdiyiniz vaxtı və pulunuzu göstərəcək.
Həm də bu proqramda nikotindən asılılıq testi, tütündən istifadənin zərərləri haqqında məlumat, bununla əlaqəli yanlış düşüncələr və digər faydalı məlumatlar mövcuddur.
Tütündən imtina cəhdində sizə uğur arzulayırıq!
"Tütündən imtina" mobil applikasiyasını 2018-ci ildə, ölkənin mövcud tütünlə mübarizə qanunvericiliyinə uyğun olaraq, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) Ümumdünya Səhiyyə Təşkilatının ölkə ofisinin dəstəyi ilə yaratdı.
Məqsəd, müasir texnologiyalardan istifadə edərək tütün epidemiyası ilə əlaqəli sağlamlıq riskləri barədə biliklərin artırılması və tütün çəkənlərin bu zərərli vərdişdən imtina etməsi, sağlam həyat tərzinin təşviq edilməsi yolu ilə Azərbaycanda qeyri-infeksion xəstəliklərin azaldılmasına kömək etməkdir.
Aplikasiyanı yükləmək üçün aşağıdakı linklərə daxil ola bilərsiniz:
İOS
ANDROİD
https://play.google.com/store/apps/details?id=com.azdimension.quitsmoke&fbclid=IwAR0637coMB-_3PBQU2XxbZHkdCLL3tp_3oBA0-uH9_T9U3dvlaZNaSWJVI8
banner

Oxşar Xəbərlər