• cümə, 26 Aprel, 13:08
  • Baku Bakı 23°C

Tut tingləri yarmarkası keçiriləcək

02.12.21 17:51 454
Tut tingləri yarmarkası keçiriləcək
Ölkədə yaşıllıqların artırılmasına töhfə vermək məqsədilə Ekologiya və Təbii Sərvətlər və Kənd Təsərrüfatı nazirliklərinin birgə təşkilatçılığı ilə dekabrın 3-də Xırdalan şəhərində əhaliyə tut tinglərinin paylanması yarmarkası keçiriləcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindənKaspi.az-a verilən xəbərə görə, Abşeron Dövlət Aqrar İnkişaf Mərkəzinin qarşısında baş tutacaq aksiya zamanı vətəndaşlara nazirliyin tinglik sahələrində yetişdirilən tut tingləri paylanılacaq.
Qeyd edək ki, Abşeron yarımadasının mülayim və quru iqlimi üçün xarakterik olan tut ağacının Azərbaycanda bir çox növləri yayılıb, eyni zamanda, qiymətli bitki kimi respublikanın əksər rayonlarında çox qədimdən becərilir.
Yarmarkanın məqsədi ağac əkmək istəyən hər kəsi tinglərlə təmin etməklə onlara dəstək olmaq, təbiətə töhfə vermək və insanlarda təbiətə səmimi münasibət formalaşdırmaqdır.
Nazirlik vətəndaşları saat 10:00-dan 14:00-dək davam edəcək tut tingləri yarmarkasında iştirak etməyə (ünvan: Xırdalan şəhəri, İsi Məlikzadə küçəsi 115), təbiətə fayda verəcək həmin aksiyadan yararlanmağa çağırır.
banner

Oxşar Xəbərlər