• cümə axşamı, 25 aprel, 03:00
  • Baku Bakı 19°C

Türkmənistanın şərqşünası, Azərbaycanın cümhuriyyətçi generalı

18.11.20 12:02 723
Türkmənistanın şərqşünası, Azərbaycanın cümhuriyyətçi generalı
Onun Fransa və Polşanın da elmi tarixində izi var
Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra ölkədən köçərək mühacir həyatı yaşamağa məcbur olan görkəmli şəxsiyyətlərin sırasında Məhəmməd Sadıq bəy Ağabəyzadənin də adı var. O, təkcə peşəkar hərbçi olmayıb, həmçinin şərqşünas alim kimi yazdığı dərsliklərlə, elmi əsərlərlə adını dilçilik elminin səhifələrinə yazdırıb. Məhəmməd Sadıq bəy Daxili işlər nazirinin müavini olaraq hüquq-mühafizə orqanlarında islahatlar aparan məmur kimi də tanınıb.

Buxara əmirinin mükafatı

Sadıq bəy Ağabəyzadə Bakı quberniyasının Göyçay şəhərində anadan olub. 1883-cü ildə Bakı Realnı məktəbini bitirib və Peterburq şəhərində II Konstantinov hərbi məktəbinə daxil olub. 1886-cı ildə Qafqazda podporuçik rütbəsində xidmət etməyə başlayıb. 10 il keçdikdən sonra, 1896-cı ildə imtahanlarını müvəffəqiyyətlə verərək baş ştab nəzdində, Sankt-Peterburq şəhərində Şərq Dilləri İnstitutuna qəbul olunur. Həmin institutu bitirdikdən sonra - 1899-cu ildə hərbi xidmət keçmək üçün Türküstan vilayətinə göndərilir.

Mənbələrdə qeyd olunur ki, o, Türkmənistanda, hərbi xidmət keçdiyi müddət ərzində, bir şərqşünas alim kimi xalq rəvayətlərinin, dastanlarının və əfsanələrinin toplanması ilə məşğul olur. Böyük əmək nəticəsində Sadıq bəy "Türkmən ləhcəsi” dərsliyini nəşr etdirir. "M.S.Ağabəyzadə əsərdə təqdim etdiyi nümunələrin transkripsiyasını və ərəb əlifbası ilə yazılışını da göstərir. Bu, dərslikdən istifadə edənlərin işini asanlaşdırırdı. Mətnlərdə işlənmiş sözlərin rus dilinə tərcüməsi də müsbət hal kimi qiymətləndirilirdi. Türkmən dilini və onun folklorunu diqqətlə araşdıran M.S.Ağabəyzadə zəngin materiallar toplayıb, kitabın sonunda ayrıca bir başlıq verib” - deyə tədqiqatçılar əsəri qiymətləndirirdi. Nəşrdə müəllifin topladığı 160 atalar sözü, məsəllər oxucuya təqdim olunur, rus dilinə tərcüməsi verilir. Bu əsər Məhəmməd Sadıq bəy Ağabəyovun gərgin əməyinin, yorulmaz fəaliyyətinin məhsulu idi. Folklor nümunələrinin ustalıqla, dəqiqliklə tərcüməsi, onların qarşılığının tapılması, hətta ən istedadlı tərcüməçiləri də razı salır. Məhəmməd Sadıq bəy əsərə böyük məsuliyyətlə, bu sahədə təcrübəsi olan əsl şərqşünas alim kimi yanaşmışdı. Bu illərdə Türkmənistanda 30-a yaxın dialekt və şivə var idi. Türkmənistanın mərkəzində teke dialektində, qərb və şimal vilayətlərində yomud dialektində, şərqdə, Amudərya ətrafında ərsarp dialektində, İran və Özbəkistanla sərhəd rayonlarda noxur, jevli, xasartlı, eski, çandır, bayat və s. dialektlərdə danışırdılar. Türkmən dilini tədqiq edəndə bu dialektləri fərqləndirə bilmək, konkret bir dialektə, ləhcəyə əsaslanmaq, onu təsvir etmək lazım idi. Birinci dərsliyin müəllifi P.Şimkeviç konkret bir dialektə əsaslanmırdı, onun gətirdiyi nümunələrin yeri, "ünvanı” göstərilmirdi. Məhəmməd Sadıq bəyin kitabı Türküstanda yaşayan və işləyən ruslara türkmən dilini öyrətmək və türkmən folkloru ilə tanışlıq məqsədilə yazılmış dərslik kimi dəyərli nümunə idi.


Şərqşünaslıq məktəbinin özəyi

Bu hadisədən sonra alimi Parislə heç bir şey bağlamır. O, 1927-ci ilin fevral ayında Ziqmunt Smoqojevskinin dəvəti ilə Lvov şəhərinə köçür. Alim Lvov Universitetinin fəlsəfə fakültəsində işləyir. Bu təhsil ocağında Sadıq bəy bir sıra fənləri, o cümlədən türk dili (müasir və əski), fars, ərəb dilləri, ərəb qrammatikası, islamşünaslıq, müsəlman paleoqrafiya, kalliqrafiya və epiqrafiyası və s. tədris edir.

Ziqmunt Smoqojevski, V. Kotviç və Sadıq bəy Ağabəyzadə şərqşünaslıq məktəbinin özəyini təşkil edirlər. Bu məktəb sonralar Lvovsko-Peterburqskiy adlandırılır.
1931-ci ildə Sadıq bəy Ağabəyzadə polyak dilində özünün türk dili dərsliyini, 1932-ci ildə elementar ərəb dili qrammatikasını (fonetika və morfologiya), «Yeni ədəb dili qrammatikası” əsərlərini nəşr etdirir. Lvov şəhərində Sadıq bəyin bir sıra tələbələri olub. Onlardan Teofil Bolodimirski, Maryan Leviski, Omelyan Prisak, Tadeus Leviski, Frantişek Maxalski və başqalarını misal göstərmək olar.

Faşist işğalı zamanı hitlerçilər qocaman alimi öz mənzilindən çıxarırlar. O, soyuq, qızdırılmayan yerdə yaşamalı olur. Sadıq bəy Ağabəyzadə 1943-cü ildə ağır xəstələnir. Son günlərində tələbəsi Olqa Bak və onun əri alimin qayğısını çəkir.

Sadıq bəy Ağabəyzadə 9 noyabr 1944-cü ildə Lvov şəhərində vəfat edib. O, Lvovda, Liçakovski qəbiristanlığının 84-cü sırasında dəfn edilib. Lvovda adına küçə var.
Məhəmməd Sadıq bəyin mühacirət həyatı nə qədər ağrılı, acılı olsa da, o, öz ləyaqətini, məğrurluğunu, türklüyünü həmişə qoruyub.

Təranə Məhərrəmova
banner

Oxşar Xəbərlər