• cümə, 29 Mart, 10:22
  • Baku Bakı 5°C

Türkmənistanda təbii qazdan benzin istehsal edən zavod tikilib

17.06.19 19:15 610
Türkmənistanda təbii qazdan benzin istehsal edən zavod tikilib
Türkmənistanın Axal vilayətində təbii qazdan benzin istehsal edən zavodun iyunun 28-də təşkil olunacaq açılış mərasiminə hazırlıq işləri gedir. Dünyanın məşhur istehsalçılarının müasir avadanlıq və qabaqcıl texnologiyaları ilə təchiz edilmiş müəssisə bir çox parametrlərinə görə unikaldır. Burada dünya praktikasında ilk dəfə olaraq, təbii qazdan sənaye miqyasında sintetik avtomobil yanacağı istehsal ediləcək.
AZƏRTACbu barədə "Turkmenistan seqodnya” dövlət informasiya agentliyinə istinadla xəbər verir.
Zavodun layihə gücü ildə "Euro-5” ekoloji standartların tələbatına cavab verən 600 min ton benzin, həmçinin 12 min ton təmizlənmiş dizel yanacağı və 115 min ton maye qaz istehsal etməyə imkan verəcək.
Bu irimiqyaslı investisiya layihəsinin icrası ölkənin neft-qaz kompleksinin ixrac potensialının şaxələndirilməsi və möhkəmləndirilməsi üçün böyük əhəmiyyət kəsb edir. Bundan başqa, yanacaq-energetika kompleksinə aparıcı texnologiyaların, müasir elmi-texniki istehsalın tətbiqi ətraf mühitin mühafizəsi məsələlərinin həlli baxımından çox mühümdür.
banner

Oxşar Xəbərlər